Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? Həkimdən xəbərdarlıq
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Küləyin güclü əsməsi zamanı qulaqda və başda yaranan ağrılar orta qulağın iltihabından, üçlü sinirin nevralgiyasından və ya çənə oynağındakı problemlərdən xəbər verə bilər.
Bu barədə otorinolarinqoloq Anna Juykova “Gazeta.Ru”ya danışıb.
Mütəxəssis vurğulayıb ki, küləyin özü infeksiyaya səbəb olmur. Lakin həssas dərinin soyuması artıq mövcud olan xəstəliyin əlamətlərini daha qabarıq şəkildə üzə çıxara bilər. İlk növbədə qulağın özündə olan xəstəliklər istisna edilməlidir. Çünki xarici və ya orta otit zamanı soyuğun təsiri ilə narahatlıq güclənə, qulaqda tutulma hissi və eşitmənin zəifləməsi müşahidə oluna bilər.
Əgər zəif külək belə üzün bir tərəfində qısa müddətli, kəskin və sancı şəklində ağrılara səbəb olursa, üçlü sinirin nevralgiyasından şübhələnmək olar. Belə halda nevroloqa müraciət etmək lazımdır. Narahatlığın başqa bir səbəbi allodiniya ola bilər. Bu zaman soyuq və ya saçın daranması kimi adi təsirlər belə ağrıya səbəb olur. Belə hal çox vaxt miqren tutmaları ilə müşayiət olunur.
Bundan başqa, çeynəmə əzələlərinin gərginliyi, yuxuda dişləri qıcamaq və ya çənə oynağının patologiyaları da ağrının gicgaha və qulağa yayılmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, bu simptomların nə dərəcədə təhlükəli olması onların nə qədər tez-tez təkrarlanmasından və əlavə əlamətlərin olub-olmamasından asılıdır. Ağrılar mütəmadi baş verirsə, mütləq LOR həkiminin müayinəsindən keçmək, zərurət olduqda stomatoloq və ya nevroloqa müraciət etmək lazımdır.
Mütəxəssis qulaq pərdəsi əvvəlcədən müayinə edilmədən qulağa spirt məhlulları və ya antibiotik damızdırmağı qətiyyən tövsiyə etmir.
Sunay Aydın
Post navigationPrevious: İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Noyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















