Icma.az
close
up
RU
Hər kəsin qəlbinə yol tapan bir dünya

Hər kəsin qəlbinə yol tapan bir dünya

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərənfil Dünyaminqızı,

BDU-nun professoru, Əməkdar jurnalist

Səsin də, sözün də öz ecazkar dünyası var. Səs də, söz də Yaradanın möcüzəsidir. Hər ikisi yalnız qulağımıza deyil, həm də qəlbimizə, yaddaşımıza ünvanlanaraq orada özünə məskən salır. Sözdən yaranan insan həmişə sözlə yaşamağa-yaratmağa səy edir, təfəkküründə və təxəyyülündə sözdən ecazkar bir dünya yaradır. Odur ki, insanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır. O söz ki, insan ondan güc alır, qidalanır, sevinir, kədərlənir. Bəzən atəş olub qəlblərimizi yandıran söz, bəzən də məlhəm olub qəlbimizi ovsunlayır, sakitləşdirir.

“Səsin ədəbi məkanı” adlı kitabı oxuduqca səsin, sözün sehrinə düşdüm. O səsin, o sözün ki, onda ilk olaraq dahi Üzeyir bəyin, Əbdülmüslüm Maqomayevin nəfəsini, ötkəmliyini, səmimiyyətini hiss etdim. Bu il sözün, səsin yaddaşına çevrilən “sehirli qutu”nun ölkəmizdə dil açıb səslənməsinin yüz yaşı tamam olur. Bu münasibətlə onun şəninə çox gözəl sözlər söylənilir. Yüz illik keşməkeşli tarixinin içərisində zamanın fövqündə duran bir Azərbaycan Radiosu var.

“Səsin ədəbi məkanı”nın müəllifləri filologiya elmləri doktoru, professor Sevil Həsənova və ömrünün yarım əsrini Azərbaycan Radiosuna və Televiziyasına həsr etmiş görkəmli jurnalist Zərifə Ağahüseyn qızıdır. Hər iki müəllif mətbuatda, ədəbiyyatda öz sözü, yeri və çəkisi olan müəlliflərdir. Kitabda Azərbaycan Radiosunun tarixi, inkişafı ilə yanaşı, səsi ilə, sözü ilə efirin yaddaşına əbədi hopmuş sənətkarların yaradıcılıq yolu işıqlandırılır. O sənətkarlar ki, səsi ilə, sözü ilə milyonların qəlbinə məlhəm olub, sərhədləri aşıb çətin anlarda bizimlə birgə həyəcanlanıblar, xoş günümüzdə sevincimizə sevinc qatıblar. Görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professor, BDU-nun Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, ömrünü-gününü Azərbaycan Radio və Televiziyasının inkişafına həsr edən Qulu Məhərrəmli o sənətkarları “Əbədi məkanın yolçuları” adlandırır. Müəllif qeyd edir ki, “bu kitabın əsas dəyəri də ondadır ki, səs yaddaşı yaradan müxtəlif diktor nəsillərini bir “ədəbi məkan”da birləşdirib”.

Kitabda tarixi yaşadan, möhürlənmiş səsə sahib olan, yaddaşlarda qalan və efirdə iz qoyan, əbədiləşən o sehirli səslərin sahiblərinin səsi-sədası eşidilir. Onlar yenə də görünmədən görünərək səsləri ilə, sözləri ilə uzaq zamanların nəfəsini, hərarətini bizə duyurdular. Kitabda müxtəlif nəsillərin nümayəndələri ilə qarşılaşırıq. Bu zaman bəlli olur ki, onların hər birinin öz səsi, üslubu və efir taleyi olub. Onlar mikrofon, dinləyici qarşısında məsuliyyət hiss edərək Azərbaycan Radiosunda zamanla özünəməxsus diktorluq məktəbi formalaşdırdılar.

“Səsin əbədi məkanı” barələrində söhbət açılan insanlar məhz bir əsrin səs portretlərini yaradan həmin peşəkar diktorlardandır. Müəlliflər onları əsərlərində yalnız faktları sadalamaqla kifayətlənmir, radionun insani yaddaşını oyadıb bizlərə çatdırmağa çalışıblar və buna çox gözəl də nail olublar. Son dövrdə böyük işin öhdəsindən məharətlə, fədakarlıqla gələn müəlliflər özləri də Azərbaycan Radiosunun yaranmasında, formalaşmasında əməyi olan insanlardır. Bəlkə də ona görə mövzuya daha məsuliyyətlə, daha böyük sevgi ilə yanaşıblar. Hiss olunur ki, onlar mövzuya yaxşı bələd olduqları üçün oxucuya dəyərli məhsul verə biliblər.

Könüllərə məhrəm, məlhəm olan bu səs, söz sahibləri haqqında “Səsin əbədi məkanı”nda sözə, səsə hörmət bir daha özünü büruzə verdi. Azərbaycan Radiosunun 100 illiyinə dəyərli bir yaddaş töhfəsi verən bu əsər həm də keçmişə ehtiramın ifadəsidir. Əslində yubileyi mənalandıran yalnız yüz ilin tamam olması deyil. Əsl yubiley yaddaşdır, o yüz ili yaradan insanları xatırlatmaq, onların əməyini qiymətləndirmək və yaratdıqları peşə mədəniyyətini sonrakı nəsillərə çatdırmaq baxımından da bu kitab çox dəyərli bir mənbədir.

Klassiklərimizin təbirincə desək, “Böyük Sözü seçib toplamaq, yaymaq, təbliğ etmək, fikrimizcə, elə böyük söz yaratmaq qədər çətin, şərəfli və müqəddəs işdir”. Bu müqəddəs işi Sevil xanım və Zərifə xanım sevərəkdən görüb. Bunu “Səsin əbədi məkanı”nın hər sözündə, hər sətirində görürük. Belə kitabların hazırlanması ilk baxışdan göründüyündən də daha çətin və məsuliyyətli işdir. Çünki müəlliflər müxtəlif illərdə Azərbaycan Radiosunun efirinə səs vermiş, onun peşəkar ənənələrinin formalaşmasında izi olmuş insanlar haqqında xatirələri bir araya gətirməklə sadəcə bir əsər hazırlamayıblar, həm də səpələnmiş yaddaş parçalarını toplayaraq, onlara yeni nəfəs verərək canlı tarixin bir bölümünü qoruyub saxlayıb və bu kitabda əbədiləşdiriblər.

Bu əsərdə biz həm də 100 il yol keçmiş radiomuz haqqında yaddaşlarda əbədiləşmiş, dərinliklərinə hopmuş hadisələrin, xatirələrin üzə çıxdığının şahidi oluruq. Ön sözün müəllifi prof.Q.Məhərrəmlinin dediyi kimi, “onlar Azərbaycan Radiosunun keçmişinə yalnız institusional tarix kimi deyil, insan taleləri ilə danışılan tarix kimi yanaşıblar”. Ona görə də əsərdə böyük bir dövrün efir mühitini, münasibətlərini və mənəvi ab-havasını təsvir edə biliblər. Onlar bununla oxucusunu uzaq-yaxın efir dünyasına səyahətə çıxarıblar. O səhayətdə tarixi yaşadan ilk diktorlarımızdan İsmayıl Əlibəyovun, Soltan Nəcəfovun, Züleyxa Hacıyevanın, möhürlənmiş səsə malik olan Aydın Qaradağlının, Sabutay Quliyevin, ömrünü-gününü efirdə sehirli qutunun cazibəsində keçirən Ofeliya Sənaninin, Eldost Bayramovun və daha kimlərin xatirələri dil açıb danışaraq yaddaşımızın görünməz dalğalarında yaşayır. Azərbaycan Radiosunun tarixini vərəqlədikcə onun beşiyi başında duran neçə-neçə söz, qələm sahiblərini minnətdarlıqla xatırlayırıq. Onlar taleyüklü bir işi öz üzərlərinə götürərək radiomuzun təməlini möhkəm və sağlam qoydular. Hətta radiomuz Sovet rejiminin amansız zamanlarında belə milli-mənəvi dəyərlərimizin təbliğinə can atdı və qismən buna nail də oldu. 

Bu gün Azərbaycan Radiosu özünün ahıllıq çağını yaşayır. Amma bu ahıllıqda bir müdrikliklə yanaşı qaynayıb-coşan bir cavanlıq ruhu duyulur. Axı zaman özü ilə yeniliklər gətirir və radiomuz onu canla-başla əxz edir. Odur ki, 100 ilin səsi-sədası hələ bundan sonra daha aydın, daha gur eşidiləcək. Axı “radio hər kəsin qəlbinə yol tapan bir dünyadır”. Bu dünyanın sakini olmaq da bir xoşbəxtlikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri