Dünyanın ikinci Ayı təhlükəlidirmi? Astronomlardan açıqlama
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yer kürəsinin yaxınlığında daha bir kosmik obyekt peyda olub. 2026 QQ8 adlandırılan kiçik asteroid planetimizin cazibə qüvvəsinin təsiri altına düşərək müvəqqəti peykə çevrilib. Lakin onun Yer ətrafında qalması uzun sürməyəcək.
Moderator.az “BBC Sky at Night Magazine” nəşrinə istinadən xəbər verir ki, təxminən 1-2 metr diametrində olan asteroid macar astronomu Kriştian Şarnetski tərəfindən 2026-cı il avqustun 20-də aşkar edilib. Hesablamalara görə, Yer kürəsi onu hələ aprel ayında cazibə qüvvəsi ilə müvəqqəti olaraq öz orbitinə çəkib.
Asteroid planetimizdən 500 min kilometrdən çox məsafədə yerləşir. Bu, Yerlə Ay arasındakı orta məsafədən də böyükdür. Alimlər 2026 QQ8-in bu ilin dekabrında və ya 2027-ci ilin yanvarında Yer kürəsinin cazibə təsirindən çıxaraq yenidən Günəş ətrafında müstəqil orbitinə qayıdacağını gözləyirlər.
Mini Ay təhlükəlidirmi?
Astronomlar 2026 QQ8-i Yer üçün təhlükə hesab etmirlər. Asteroidin diametri çox kiçik olduğundan, Yerə düşəcəyi təqdirdə atmosferə daxil olarkən yanaraq məhv olacağı gözlənilir.
Onu adi teleskopla və ya çılpaq gözlə müşahidə etmək də mümkün deyil. Obyekt həm çox kiçik, həm də planetimizdən uzaqdır.
Mini Ayla kvazi Ayın fərqi nədir?
Mini Ay Yer kürəsinin cazibə qüvvəsi tərəfindən müvəqqəti olaraq tutulur və bir müddət planetimizin ətrafında hərəkət edir. Kvazi Ay isə əslində Yer ətrafında deyil, Günəş ətrafında orbitdə fırlanır. Sadəcə onun hərəkət trayektoriyası planetimizlə uzun müddət yaxın mövqedə qalmasına səbəb olur.
Belə obyektlərdən biri 2025-ci ilin avqustunda kəşf edilən 2025 PN7 asteroididir. Alimlərin hesablamalarına görə, o, onilliklərdir Yer kürəsi ilə demək olar ki, sinxron şəkildə Günəş ətrafında hərəkət edir.
Beləliklə, Ay Yer kürəsinin yeganə kosmik yoldaşı deyil. Planetimiz zaman-zaman kiçik asteroidləri də müvəqqəti olaraq öz cazibə qüvvəsinin təsiri altına alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















