Icma.az
close
up
RU
Azərbaycanda Qurban bayramının mənəvi gücü əvəzsizdir

Azərbaycanda Qurban bayramının mənəvi gücü əvəzsizdir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 Bayram namazı, vətən duaları

Qurban bayramı – təkcə dini deyil, milli birlik və mərhəmət bayramıdır

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin harmonik şəkildə bir araya gəldiyi, tolerantlıq və multikulturalizmin cəmiyyətin gündəlik həyatına inteqrasiya olunduğu nadir ölkələrdən biridir. Əsrlər boyu formalaşan bu unikal model sayəsində ölkəmizdə fərqli dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır, dini inanclarına görə azad şəkildə fəaliyyət göstərirlər. Bu yanaşma nəticəsində bütün dini bayramlar – istər İslamın Ramazan və Qurban bayramları, istərsə də xristianların Pasxa, yəhudilərin Hanuka bayramı – Azərbaycanda cəmiyyətin bütün təbəqələri tərəfindən ehtiramla və rəğbətlə qarşılanır.

Xüsusilə Qurban bayramı Azərbaycanda təkcə dini deyil, həm də milli birlik, humanizm və sosial həmrəyliyin təcəssümüdür. Əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan bu müqəddəs bayram, müsəlmanlar üçün mənəvi saflığın, fədakarlığın və bərabərliyin simvoluna çevrilib. Qurban bayramı eyni zamanda ölkəmizin tarixi və mədəni dəyərləri ilə qovuşaraq milli kimliyimizin mühüm parçasına çevrilib. Bu bayram günlərində insanlar yalnız dini vəzifələrini yerinə yetirməklə kifayətlənmir, həm də ehtiyacı olanlara yardım göstərərək cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolunu oynayırlar.

Ölkəmiz sovet dövründə dini bayramların keçirilməsində məhdudiyyətlərlə üzləşsə də, xalqımız heç vaxt bu mənəvi dəyərlərdən imtina etməyib. Müstəqillik qazandıqdan sonra isə dini mərasim və bayramlar əvvəlki möhtəşəmliyini bərpa edib, dövlətin dəstəyi ilə daha geniş miqyasda qeyd olunmağa başlayıb. Bu gün Azərbaycanda Qurban bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir, dövlətimizin rifahı, xalqımızın firavanlığı və şəhidlərimizin əziz xatirəsi üçün dualar edilir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı insanları bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir”. Bu çağırışlar Azərbaycanın dövlət siyasətində və cəmiyyət həyatında real əksini tapır: “Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhvali-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Müxtəlif dini bayramların sərbəst şəkildə və ehtiramla qeyd olunması, dini etiqad azadlığının qorunması və təşviqi Azərbaycanın multikultural dəyərlər sisteminin gücünü nümayiş etdirir. Bu ənənə ölkəmizin dünya miqyasında nümunəvi tolerantlıq modeli kimi tanınmasına mühüm töhfə verir. Azərbaycanın bu dəyərlərə sədaqəti, yalnız daxili sabitlik və harmoniyanı möhkəmləndirmir, eyni zamanda regionda və dünyada dinlərarası və millətlərarası münasibətlərin inkişafına nümunə olur.


Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında Qurban bayramını xalqımızın milli bayramı kimi əsrlərdir qeyd etdiyini bildirib: 


“Birlik, mərhəmət, bərabərlik rəmzi olaraq mənəvi dəyərlərin əyani siması kimi yaşadılır. Bu bayram təkcə dini mərasim deyil. Çünki bu bayram yalnız dindarların, yaxud inanclı qismin bayramı deyil, bu, bütün xalqımızın bayramıdır. Bu bayramın fəlsəfəsində, mahiyyətində din, irq, millət ayrıseçkiliyi yoxdur. Quran bayramı hədiyyəsini, qurban payını, sevincini din, inanc fərqi olmadan bütün insanlarla bölüşmək tövsiyyə olunur. Məhz bu kimi ümumbəşəri detallar bu bayramı daha da kamilləşdirib, xalqımızın milli dəyərlərinə qatıb.

Xalqımızın həmrəyliyi bu və bu kimi bayramlarda bir daha nümayiş olunur. İnsanlar sosial cəhətdən münasibətlərini yeniləyir, sevincini bölüşür, yardımlaşır, təbrikləşirlər. Təkcə maddi cəhətdən paylarını bölüşmürlər, eyni zamanda mənəvi dəyərləri, sevinc hisslərini, xeyir-dualarını bölürlər. Ən sevindirici hallardan biri də odur ki, bu bayram artıq işğaldan azad edilmiş torpaqlarımızda da qeyd olunur, bayram namazları qılınır, xalqımıza, dövlətimizə, şəhidlərin ruhuna dualar oxunur.

İctimai həmrəyliyin canlanması, vəhdət, birlik təntənəsi bu bayramın timsalında xalqımızın alicənablığını, səxavətini bir daha dünyaya nümayiş etdirir.

Sosial ədalətin inkişafı, insanlar arasında bərabərliyi, mərhəmətin yayılmasını təmin edir, ülvi hissləri canlandırır. Dövlətin bu bayramın qeyd olunması üçün lazımi şəraiti yaratması, bayram günlərinin tətil edilməsi də bu alamətdar bayrama olan diqqət və dəyərin nəticəsidir. Vətən yolunda canını qurban vermiş şəhidlərə hörmət, diqqət, dualar edilib xatırlanması, onların ailələrinə qayğının bu bayramda artırılması da təqdirəlayiqdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri