Icma.az
close
up
RU
Biomüxtəlifliyin qorunmasında milli parklar əvəzsizdir

Biomüxtəlifliyin qorunmasında milli parklar əvəzsizdir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekoloq qeyd etdi ki, son 20 il ərzində Azərbaycanda təbiət hadisələri 3 dəfədən çox artıb


Ekologiya və ətraf mühitin mühafizəsi

Abşeron Milli Parkının yaradılmasının 20 ili tamam olur. Bu münasibətlə "20 ilin dəyəri" adlı tədbir keçirilib. Ekoloqların, zoologiya və coğrafiya sahəsi üzrə alim-mütəxəssislərin, Abşeron Milli Parkının fəaliyyətinə töhfə vermiş tərəfdaş subyektlərin iştirakı ilə keçirilən toplantıda parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri barədə çıxışlar edilib, Abşeron yarımadasında belə bir ərazinin mövcudluğunun əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçıları təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçirib, Abşeron Milli Parkının "20 ilin dəyəri" adlı stendinin təqdimatı ilə tanış olublar. Abşeron Milli Parkı haqqında məlumat verilərək bildirilib ki, park 08 fevral 2005-ci ildə yaradılıb. Abşeron yarımadasında yerləşən parkın ümumi sahəsi 783 ha-dır. Landşaftı dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra olan parkda yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s. bitki növləri yetişir. Rast gəlinən heyvan növlərinə isə adi qızılqaz, bizquyruq ördək, kiçik qarabatdaq, boz canavar, çaqqal, Aralıq dənizi tısbağası, Xəzər tısbağası, su ilanı və s. daxildir. “Qırmızı Kitab”a daxil olan növlər arasında isə Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc, fısıldayan qu quşu, adi qızılqaz, kürən vağ, qıvrımlələk qutan daxildir. Sonda tələbələr arasında təşkil olunmuş viktorinanın qalibləri mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyətinə töhfə verən tərəfdaşlara xatirə diplomu təqdim olunub. 


Milli parkların təbiətin, ümumilikdə ekologiyanın qorunması, biomüxtəlifliyin inkişafında əhəmiyyətini vurğulayan ekoloq Rövşən Abbasov qeyd etdi ki, milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir: 



- Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması - Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il, II mərhələ - qoruq və yasaqlıqların yaradılması - 1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları və III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması. Ölkəmizdə milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülüb. İlk milli parklar 2003-cü ildə yaradılıb. Daha sonrakı dövrdə bu ənənə davam etdirilib və son olaraq, 2018-ci ilin sentyabrında Qızılağac Milli Parkı yaradıldı. Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faiz, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 faiz, dövlət təbiət qoruqları 1,39 faiz, dövlət təbiət yasaqlıqları isə 4.05 faizini təşkil edir. Hazırda isə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ya statusunun dəyişdirilməsi istiqamətində prioritet olaraq regionların sosial-iqtisadi inkişafı və əhalinin rifahı rəhbər tutularaq yeni “Zaqatala-Balakən bioloji rezervat”ın yaradılması işlərinə başlanıb.“ Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq. 

Biomüxtəlifliyin qorunmasından danışırıqsa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin fəaliyyətini qeyd etməliyik. Bu Xidmət ölkə ərazisində və Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur. Məsələn, Azərbaycanın bioloji müxtəlifliyinin formalaşmasında dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzərin balıq ailəsi növcə kasıbdır, lakin başqa hövzələrlə əlaqəsi olmayan Xəzərin bioloji müxtəlifliyində bitki və heyvan növlərinin, o cümlədən balıqların təxminən yarısı endemik sayılır. Biomüxtəlifliyin qorunması və bərpasında reintroduksiya - heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə yenidən inkişafı, məskunlaşdırılması, həmçinin introduksiya – bitki və ya heyvan növlərinin yaşayış yerinin dəyişdirilməsi böyük əhəmiyyət daşıyır. 2010-cu ildən etibarən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə start verildi və Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur – Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirildi, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarıldı. Bundan başqa, Avropadan ölkəmizə gətirilən zubrlar hazırda Şahdağ Milli Parkında qorunur. 


Ekoloq qeyd etdi ki, son 20 il ərzində Azərbaycanda təbiət hadisələri 3 dəfədən çox artıb: 


- Bu barədə "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyilib. Bildirilib ki, qeyd olunan dövr ərzində dolu hadisələri 3 dəfə, daşqın hadisələri 12 dəfə və şiddətli küləkli günlər, qasırğalar üzrə 18 dəfə artım müşahidə olunub. Ümumiyyətlə, dünyada qlobal iqlim dəyişikliyini nəzərə alsaq, təbiətin qorunması hazırda ən vacib məsələdir. Baş Prokurorluğun məlumatında açıqlanır ki, Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və Sumqayıt şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı ümumilikdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib. Bu, təbiətin məhv edilməsidir. Kəsilən hər bir ağac təbiətin bir parçasıdır və ağaclar kəsilirsə, demək, təbiət parça-parça dağıdılır. Təbiəti qorumasaq, ekologiyanın qayğısına qalmasaq, qlobal böhran qaçılmaz olacaq. Su hövzələri, torpaq örtüyü qorunmalıdır, yaşıllıqlar qorunmalıdır, biomüxtəlifliyin qorunması xüsusilə böyük əhəmiyyət kəsb edir. Təbiətdə nə varsa, hamısı, hər biri zəruridir və həyatın davamına xidmət edir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri