Icma.az
close
up
RU
Azərbaycanda rayonların sayının azaldılması GÜNDƏMƏ GƏLDİ

Azərbaycanda rayonların sayının azaldılması GÜNDƏMƏ GƏLDİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan parlamentində 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır. Ekspertlər tərəfindən “qənaət büdcəsi” adlandırılan sənəd artıq birinci oxunuşda qəbul edilib.

Büdcə layihəsini şərh edən ekspertlər deyir ki, neft gəlirlərinin azalması fonunda dövlət xərclərinə daha sərt nəzarət ehtiyacı yaranıb.

Son aylarda mətbuatda oxşar funksiyalı dövlət qurumlarının birləşdirilməsi, paralel strukturların ləğvi barədə müzakirələr davam edir.

Nazirlik, agentlik və komitələrin sayının azaldılması, bəzilərinin yenidən nazirliklərə inteqrasiya olunması təklifləri səsləndirilir.

Ekspertlərə görə, təkcə struktur dəyişiklikləri hesabına belə dövlət büdcəsinə illik yüz milyonlarla manat qənaət edilə bilər.

İqtisadçılar isə hesab edirlər ki, yalnız mərkəzi icra hakimiyyəti orqanlarının xərclərini azaltmaq kifayət etməyə bilər, buna görə yerlərdə dövlət aparatının struktur olaraq yenilənməsi qaçılmaz görünür.

Müzakirələrin ən diqqətçəkən istiqamətlərindən biri isə rayonların optimallaşdırılmasıdır. Azərbaycanın inzibati-ərazi bölgüsü əsasən sovet dövründə formalaşıb və həmin dövrün siyasi idarəçilik fəlsəfəsinə uyğun şəkildə dizayn edilib.

Bəzi rayonların bu gün də çox kiçik ərazi və əhali vahidlərindən ibarət olması, müasir sosial-iqtisadi reallıqlara cavab verməməsi artıq sistemli problem kimi görünür. İşğaldan azad edilmiş bölgələrdə yeni strukturların yaradılması müqayisədə və nəticəlilik etibarilə daha effektiv görünür.

İqtisadi, demoqrafik və infrastruktur baxımından biri-birindən kəskin fərqlənən bu bölgülər hazırda idarəetməni çətinləşdirir və xərc yükünü artırır.

Kiçik rayonların saxlanılması dövlət üçün daha çox maliyyə tələb edir. Əhalisi 20–25 min nəfər olan və bəzən bundan da az əhalisi olan rayonlarda ümumi idarətmə üçün səf olunan maliyyə, eləcə də ayrı-ayrı xəstəxana, məktəb, sosial xidmət mərkəzi və kommunal infrastrukturun saxlanılması ciddi xərc yaradır.

Ekspertlər qeyd edirlər ki, mövcud model resursların parçalanmasına səbəb olur. Yəni hər rayon öz kiçik büdcəsi ilə böyük strukturun yükünü çəkməli olur, bu isə səmərəlilik baxımından ciddi suallar doğurur.

Bir çox mütəxəssis hesab edir ki, resursların birləşdirilməsi, yəni daha iri inzibati vahidlər yaradılması həmin xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, onların maliyyə yükünü də optimallaşdıra bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Təhlillər göstərir ki, ərazicə nisbətən kiçik ölkə üçün bu qədər inzibati-ərazi vahidi həddindən artıqdır.

Bir çox rayon əhalisi 50-70 min nəfər arasındadır, bəziləri daha azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Xızı rayonunda 16.8 min nəfər, Daşkəsən rayonunda 33.4 min nəfər, Siyəzən rayonunda 42 min nəfər, Oğuz rayonunda 48 min nəfər, Zərdab rayonunda 60 min nəfər insan yaşayır.

Naxçıvan Muxtar Respublikasında da bəzi rayonların əhali sayı 30 min nəfərdən aşağıdır. Bu siyahını təbii ki uzatmaq olar, amma bu göstəricilər ayrıca icra hakimiyyəti üçün olduqca kiçik əhali sayıdır.

Hazırda səsləndirilən təkliflər arasında rayonların sayının 64-dən təxminən 50-yə endirilməsi yer alır.

Daha kəskin yanaşmaya görə, inzibati bölgü 40–45 rayona qədər azaldıla bilər. Bu modelin tərəfdarları hesab edir ki, iri inzibati vahidlər büdcə və resurs planlamasını daha sistemli edər, infrastruktur layihələrinin koordinasiyasını asanlaşdırar, insan resurslarının istifadəsində itkiləri azaldar və regional inkişaf proqramlarının vahid strategiya üzrə icrasını mümkünləşdirər.

Həmçinin, icra hakimiyyəti instutunun da təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilir.

Bir müddət əvvəl sovet dövründən miras qalmış icra hakimiyyəti strukturunun ləğv edilərək onun yerinə xüsusi nümayəndəlik institutunun yaradılması barədə müzakirələr genişlənmişdi.

Lakin ekspertlərin fikrincə, bu model hələ tam oturuşmadığı üçün onun real sosial-iqtisadi təsirlərini qiymətləndirmək çətindir.

Xüsusi nümayəndəliklər yenidir, onların hüquqi səlahiyyətlərinin həcmi, maliyyə mexanizmləri və yerli idarəetmədə praktik effektivliyi hələlik dəyərləndirmə mərhələsindədir. Elə buna görə də hazırkı mərhələdə köklü struktur dəyişikliyinə getməkdənsə, mövcud icra hakimiyyəti institutunun modernləşdirilməsi, idarəetmənin daha çevik və funksional modelə uyğunlaşdırılması daha real və ağlabatan yanaşma hesab olunur.

Bu addım həm keçid dövründə yaranacaq riskləri azaldar, həm də yerli idarəetmənin güclü işləməsini təmin edər.

Hələlik hökumət səviyyəsində konkret qərar verilməyib. Bununla belə, ekspertlər tərəfindən dəyərləndirmələr, mətbuat və sosial şəbəkələrdə intensiv müzakirələrin davam etməsi göstərir ki, 2026-cı ilin yeni büdcə reallığı idarəetmə strukturlarında dəyişiklik ehtiyacını daha da aktuallaşdırıb.

İqtisadçıların fikrincə, xərclərə nəzarətin sərtləşdirilməsi vacib olsa da, idarəetmənin özünün modernləşdirilməsi olmadan dövlətin uzunmüddətli maliyyə sabitliyini təmin etmək çətin olacaq.

Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri