Icma.az
close
up
RU
Azərbaycanda bu universitetin ləğvi GÜNDƏMƏ GƏLDİ

Azərbaycanda bu universitetin ləğvi GÜNDƏMƏ GƏLDİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi müzakirə olunur.  Müzakirələr fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı barədə xəbərlər yayılıb.

Modern.az-ın məlumatına görə, ali təhsil ocağının ləğv ediləcəyi və Naxçıvan Dövlət Universitetinin tərkibinə veriləcəyi iddia edilir.

İnstitutda fəaliyyət göstərən müəllim və tələbələrin də Naxçıvan Dövlət Universitetinə köçürüləcəyi qeyd olunur.

Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil infrastrukturunun optimallaşdırılması göstərilir. Qeyd edək ki, hazırda Naxçıvan Müəllimlər İnstitutunda 1200-ə yaxın tələbə var.

Bildirilir ki, Muxtar Respublikada fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadr hazırlaması resursların bölünməsinə səbəb olur. Buna görə də ali təhsil müəssisələrinin birləşdirilməsi ən optimal variant kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.

Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.

Xatırladaq ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib.

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri