Azərbaycanda rusların azad edilməsi ölkələr arasında münasibətləri normallaşdırar Zaxarova
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Azərbaycanla ikitərəfli münasibətlərdə çətin mərhələ var.
Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını, Azərbaycanın həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsinin bu prosesə töhfə verəcəyini gözləyir.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etmək əzmindədir. Biz tezliklə normallaşmanı gözləyirik. Bu yolda mühüm addım Azərbaycan hakimiyyəti tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi olardı", - diplomat qeyd edib.
O bildiribki, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Rusiya vətəndaşlarının, o cümlədən jurnalistlərin və turistlərin dərhal azad edilməsi tələbi ilə nota təqdim edilib.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















