Icma.az
close
up
RU
Azərbaycanda sahibkarların 99,7 % i KOB subyektləridir

Azərbaycanda sahibkarların 99,7 % i KOB subyektləridir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.

“Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış KOBİA 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir”, - məlumatda deyilir.

Dünya üzrə şirkətlərin təqribən 90 %-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70 %-ni, ümumi daxili məhsulun 50-60 %-ni təmin edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min - 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri