Icma.az
close
up
RU
Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb

Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ilk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC artıq dövlət qeydiyyatına alınıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək.

4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.

Artıq KOB klaster şirkətinin 10 iştirakçısı müəyyənləşdirilib. KOB klaster şirkətinin iştirakçılarının sayının artması nəzərdə tutulur. Bunun üçün Quba və ətraf rayonlarda fəaliyyət göstərən təsərrüfat sahibləri şirkətə müraciət edə bilərlər.

KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün KOBİA tərəfindən KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması və funksional xəritəsinin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması, KOB klasterinin qeydiyyata alınması istiqamətində müvafiq dəstək göstərilib.

KOB klaster şirkətinin fəaliyyətə başlaması ilə ölkəmizdə alkoqolsuz içkilərin istehsalında istifadə edilən təbii meyvə konsentratı istehsalı sahəsində idxaldan asılılığın azalması, bu sahədə ixrac imkanlarının artması, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən bağlarda və həyətyanı təsərrüfatlarda yetişdirilən meyvələrin satılması ilə bağlı çətinliyin aradan qalxması proqnozlaşdırılır.

Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. İlk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC bu güzətlərdən yararlanacaq. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcəkdir.

“Bakı KOB evi”ndə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Frutena KOB klaster şirkəti” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüş çərçivəsində şirkətə KOB klaster şəhadətnaməsi təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri