Icma.az
close
up
RU
Azərbaycanda səfərdə olan din xadimləri Bakıda bir sıra ibadətgahların fəaliyyəti ilə tanış olublar

Azərbaycanda səfərdə olan din xadimləri Bakıda bir sıra ibadətgahların fəaliyyəti ilə tanış olublar

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 iyun, AZƏRTAC

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti iyunun 1-də Bibiheybət məscidini ziyarət edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə ibadətgahın tarixi barədə məlumat verilib. Bildirilib ki, Sovet hakimiyyətinin repressiyasına məruz qalmış dini memarlıq abidəsi Heydər Əliyev dövlət başçısı seçildikdən sonra dini və milli-mənəvi dəyərlərin qorunması sahəsində atılan mühüm addımların davamı kimi yenidən dindarların ixtiyarına verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə məscidin ərazisi genişləndirilib, möhtəşəm kompleks inşa edilib. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da dini ibadətgaha xüsusi diqqət göstərir.

Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı üçün atılan addımları yüksək qiymətləndirən din xadimləri məscid-komplekslə yaxından tanış olublar.

"Şəhidlər" məscidini ziyarət zamanı bildirilib ki, ibadətgah Türkiyə Diyanət Vəqfi tərəfindən iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin simvolu kimi 1990-cı ilin 20 Yanvar hadisələrində və Qarabağ müharibəsində şəhid olanların xatirəsini yad etmək məqsədilə inşa edilib. Məscidin Bakının dini və tarixi əhəmiyyətli məkanlarından biri kimi, həm yerli əhali, həm də turistlər tərəfindən tez-tez ziyarət edildiyi qeyd olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini ziyarət edən din xadimlərinə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılıb. 2014-cü il dekabrın 26-da məscidin açılışı olub. Qonaqların diqqətinə çatdırılıb ki, məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir. Din xadimlərinə Heydər məscidində təşkil olunan Vəhdət namazı haqqında bəhs edilərək, bu ibadətin artıq ənənə halı aldığı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri