Icma.az
close
up
RU
Azərbaycanda şəxsi avtomobili GƏZƏN EV ə çevirməyə İCAZƏ VAR?

Azərbaycanda şəxsi avtomobili GƏZƏN EV ə çevirməyə İCAZƏ VAR?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanda səyahəti sevən insanlar fərqli istirahət üsullarına üz tuturlar. Bunlardan biri də "gəzən ev" sayılan karavanlardır. Bəzi vətəndaşlar hazır karavanlardan istifadə edirlər, digərləri isə öz nəqliyyat vasitələrini karavana çevirmək istəyirlər.

Redaksiyamıza müraciət edən bir neçə yerli turist sözügedən mövzu ilə bağlı məsələdə qaranlıq məqamların olduğunu deyirlər. Onlara maraqlı olan sual odur ki, bütün sənədlər yerində olduğu təqdirdə şəxsi avtomobilləri "gəzən ev" sayılan karavana çevirib bölgələrimizə səfər etməklə bağlı məhdudiyyət varmı? Yaxud da bunun üçün xüsusi icazə lazımdırmı?

Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun tələblərinə əsasən, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulmuş normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir.

"Nəqliyyat vasitələrində istehsalçı zavod tərəfindən müəyyən edilmiş hər hansı konstruksiya dəyişikliyinin aparılması yalnız rəsmi icazə əsasında mümkündür.

Müvafiq rəy əsasında ixtisaslaşmış avtotexniki təmir servislərində dəyişiklik aparıldıqdan sonra nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatına alınmalıdır. Yəni əgər avtomobilin texniki göstəriciləri dəyişdirilirsə, bu barədə mütləq şəkildə qeydiyyat şəhadətnaməsində zəruri qeydlər aparılmalıdır.

Konstruksiya dəyişikliyi aparılmış nəqliyyat vasitəsi yalnız sadalanan proseslərdən sonra istismar edilə bilər", - M.Ağayev bildirib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri