Icma.az
close
up
RU
Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər hallarda ciddi dağıntılara səbəb olmasa da, bir mühüm həqiqəti daim gündəmdə saxlayır: Azərbaycan seysmik aktiv zonada yerləşir və zəlzələ təhlükəsi realdır.

Bu təhlükə əhalidə daim suallar doğurur: ölkənin seysmik zonalarının xəritəsi yenilənibmi? Son illərdə bu sahədə hansı araşdırmalar aparılıb və nəticələr necədir? Paytaxt Bakı üçün risklər hansı səviyyədədir?

Azərbaycan Milli Elmlər Akademiyası və Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ölkə ərazisində seysmik risklərin daha dəqiq öyrənilməsi məqsədilə son 10–15 ildə mühüm işlər görülüb. Ölkənin müxtəlif bölgələrində yeni seysmik stansiyalar quraşdırılıb, mövcud stansiyalar müasirləşdirilib və məlumatların təhlili üçün rəqəmsal texnologiyalardan istifadə olunmağa başlanıb.

Bu işlər nəticəsində Azərbaycanın seysmik xəritələri daha da dəqiqləşdirilib və zonalar üzrə risk səviyyələri yenidən qiymətləndirilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a açıqlamasında bildirib ki, seysmik təhlükə xəritəsi artıq hazırdır:

“Bir neçə rayonun seysmik xəritəsi hazırlanıb. Bu işi davam etdiririk, sona çatdırandan sonra ümumi masştabda xəritə də tərtib edəcəyik. Şamaxı, İsmayıllı, Şəki və Zaqatalanın seysmik xəritəsinin üzərində illərin statistikası əsasında işləmişik. Bu xəritələr baza məlumatını əks etdirir. Bu xəritələrdə parametrlər müəyyən olunur ki, onların əsasında ehtimal olunan hansısa maqnitudalı zəlzələləri söyləmək mümkündür. Hələlik bu işləri hissə-hissə edirik”.

Bakı şəhəri həm əhalisinin çoxluğu, həm də infrastrukturunun sıxlığı səbəbindən zəlzələ zamanı ən həssas ərazilərdən biri sayılır. Abşeron yarımadası geoloji quruluşu və aktiv tektonik qırılmaları səbəbindən tarixi dövrlərdə dəfələrlə dağıdıcı zəlzələlər yaşayıb.

“Bakının seysmik mikrorayonlaşdırma xəritəsi işlənir. Bu xəritələr ayrı-ayrı tikinti sahələrində tədqiqatlar aparılarkən baza məlumatı kimi istifadə olunur. Bu zaman ehtimal olunan risklər nəzərə alınır”, - deyə Qurban Yetirmişli bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 İyul 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see212

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see132

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see129

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see126

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see126

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see123

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see119

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see117

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see116

Erməni yepiskop universitetdən qovuldu

10 İyul 2025 20:45see115

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

10 İyul 2025 19:19see115

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see115

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see114

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see114

Ayın uzaq tərəfinin sirri açıldı Trilyon atom bombasının...

10 İyul 2025 20:44see114

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see114

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see113

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see112

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see112

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

11 İyul 2025 02:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri