Türkiyədə peyğəmbərlərin karikaturasının dərc olunduğu jurnalın redaktoru məhkəməyə çıxarıldı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Leman" jurnalının baş redaktoru Aslan Özdemir yayımlanan qalmaqallı karikatura ilə bağlı başladılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə çıxarılıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, o, xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunur. Şübhəli ölkədən qaçmaq istəyərkən aeroportda saxlanılıb.
Xatırladaq ki, İstanbul Prokurorluğu "Leman" jurnalında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə təhqiqat başladıb.
İstintaq çərçivəsində saxlanılan şübhəlilər şirkət direktoru Əli Yavuz, qrafik dizayner Cebrayıl Okçu, əsərin müəllifi Doğan Pehlevan və redaktor Zəfər Aknar məhkəmə qarşısına çıxarılıb, daha sonra Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.
Prokurorluq karikaturanın ictimai nifrət və ayrı-seçkiliyi təşviq etdiyini, ictimai təhlükəsizlik baxımından təhlükə yaratdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 İyul 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















