Icma.az
close
up
RU
Azərbaycanda şok gerçək: Kişilər yola getmədikləri qadından belə boşanmaq istəmirlər NİYƏ?

Azərbaycanda şok gerçək: Kişilər yola getmədikləri qadından belə boşanmaq istəmirlər NİYƏ?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda boşananlarla bağlı maraqlı statistika var. 

Belə ki, ölkəmizdə boşanmağa müraciət edənlərin təxminən 80 faizi qadınlardır. Ən çox diqqətçəkən məqam isə kişilərin boşanmaq üçün addım atmamasıdır. Ailədə münasibətlər illərlə gərginlik həddində olsa belə, kişilər adətən ancaq son həddə boşanmağa qərar verirlər. Bəs buna səbəb nədir? Kişilər komfort zonadan çıxmaq istəmədikləri üçün boşanmağa yanaşmırlar? 

Psixoloq Fərqanə Mehmanqızı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kişilər komfort zonalarından çıxmağı sevmirlər: 

“Onlar hətta ən pis evliliyi belə bitirmək istəmirlər. Bu, onlar üçün çətin gəlir. Çünki kişilərdə alışqanlıq problemi var. Hətta toksik münasibətlərdə belə ayrıla bilmirlər. 

Bu da onu göstərir ki, kişilər ayrılmağa və nəyəsə yenidən başlamağa hazır deyillər. Üstəlik, oğlanları gənc yaşlarından etibarən evlənməyə də ailədə məcbur edirlər. Yəni kişilər yeniliyə qarşı çox qapalıdırlar və yeniliyi qəbul edə bilmirlər. 

Kişilər alışqanlıqlarını və ya vərdişlərini belə dəyişməyi sevmirlər. Onlar yeni bir səhifə açmağa, daha rahat bir həyata başlamağa da cəsarət etmirlər. Toksik münasibəti bitirib, daha rahat həyata başlamaq belə kişilərin psixologiyasında problemdir”. 

Ekspert qeyd edib ki, bəzi kişilər boşanmamaq üçün uşaqlarını və ya ailə dəyərlərini bəhanə edirlər: 

“Əgər ortada sevgi yoxdursa, yalandan ailə görüntüsü vermək mənasızdır. Qadınlar bunu başa düşdükləri üçün boşanmaya müraciət edirlər. Düzdür, toksik münasibətlərlə yaşayan xanımlar da var. 

Lakin əksər qadınlar evliliyi çox rahat şəkildə bitirərək, yeni həyatına başlaya bilirlər. Kişilərdə isə bu, ciddi problemə çevrilir. Kişilər toksik münasibət içində olsalar belə, onu bitirə bilmirlər. Səbəb yox, bəhanələr gətirirlər”. 

Psixoloq onu da diqqətə çatdırıb ki, kişilər iş yerlərini belə dəyişməyə müsbət yanaşmırlar: 

“Kişilər iş yerlərini də dəyişməyi sevmirlər. Məsələn, qadınlar iş yerlərini daha çox dəyişirlər. Kişilər isə çox nadir hallarda iş yerini dəyişməyə qərar verirlər. Hətta deyərdim ki, kişilər iş yerini dəyişmək qərarını belə ailə təzyiqi ilə verirlər. Qadınlar isə iş yeri onları qane etmədikdə və ya daha yaxşısını tapdıqda başqa işə keçirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Boşanma kişilər psixoloq Fərqanə Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri