Icma.az
close
up
RU
Azərbaycanda startaplar üçün böyük imkan: 48 nəfər seçildi

Azərbaycanda startaplar üçün böyük imkan: 48 nəfər seçildi

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası (IAI) və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar”  Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinin başlaması ilə əlaqədar açılış tədbiri keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə İRİA, Azərkosmos, IAI və Holon Texnologiya İnstitutunun rəhbər nümayəndələri və ekspertləri çıxış ediblər. Çıxışlar zamanı təlim proqramının iştirakçılara innovativ ideyalarını inkişaf etdirmək, texnoloji həllər hazırlamaq və onları kommersiyalaşdırmaq üçün zəruri bilik və bacarıqlar qazandıracağı bildirilib. Qeyd olunub ki, innovasiya və texnologiya sahəsində ixtisaslı insan kapitalının formalaşdırılması, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında mühüm rol oynayır.

Həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq ölkədə innovasiya əsaslı iqtisadiyyata keçid istiqamətində ardıcıl addımların atıldığı, bu kimi proqramların isə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli startapların formalaşmasına töhfə verdiyi vurğulanıb. Pepperoni pizza

Ümumilikdə “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü dalğasına 149 nəfər müraciət edib və onlardan 48 nəfəri müsahibədən uğurla keçərək təlimlərdə iştirak haqqı qazanıb. Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən “yumşaq bacarıqlar”ın inkişafını hədəfləyir.   

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər.  

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və ”Peyk innovasiyaları və tətbiqləri”. Mərkəzdə indiyədək təlim keçən iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olub.

 Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri