Icma.az
close
up
RU
Azərbaycanda su çatışmazlığı riski artır ekoloq xəbərdarlıq edir

Azərbaycanda su çatışmazlığı riski artır ekoloq xəbərdarlıq edir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kür-Araz ovalığının aşağı hissəsində yerləşən rayonlar – xüsusilə Salyan, Neftçala, Sabirabad, Saatlı və Şirvan şəhəri – hazırda sudan ciddi əziyyət çəkir”.
Bu barədə ekoloq Sadiq Həsənov xalqcebhesi.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının 70 faizi transsərhəd çaylar hesabına formalaşır: “Bu çaylar Gürcüstan və Ermənistandan keçərək ölkəmizə daxil olur. Transsərhəd çayların və göllərin qorunması ilə bağlı beynəlxalq konvensiya mövcuddur. Təəssüf ki, Gürcüstan, Ermənistan və Türkiyə həmin sənədə qoşulmayıb. İranla isə bu istiqamətdə ümumiyyətlə danışıq aparmaq mümkün deyil. Həmin konvensiya suyun götürülməsi, istifadəsi və çirklənmə səviyyəsinin qarşılıqlı müzakirəsini tələb edir.
O dövlətlər konvensiyaya qoşulmadığı üçün Azərbaycan bu məsələləri müzakirə edə bilmir. Bu da ölkədə su qıtlığı riskini artırır.
İqlim dəyişikliyi və suya tələbatın artması problemi daha da dərinləşdirir.Təsərrüfatlarda suya tələbat 2000-ci illə müqayisədə 49 faiz artıb. Əhalinin içməli suya ehtiyacı isə 30 faizə yaxın yüksəlib. Bu, böyük rəqəmdir və Azərbaycan qənaətli su rejiminə keçməyə məcburdur”.
Ekoloq qeyd edib ki, quraqlıq, suyun qeyri-bərabər paylanması və itkilər də vəziyyəti ağırlaşdırır: “Bu istiqamətdə ən effektiv yol suya qənaət etməkdir. Xüsusilə suvarma zamanı itkilərin azaldılması vacibdir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri