Maskın keçmiş əməkdaşları süni intellektə gələcəyi proqnozlaşdırmağı öyrədəcək
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“xAI” şirkətinin həmtəsisçiləri olmuş Quodun Çjan, Cıxan Day və Manuel Kroyss süni intellektə gələcək hadisələri proqnozlaşdırmağı öyrətmək məqsədilə “Epochal” adlı yeni şirkət yaradıblar. Layihənin əsasını son 30 ilin internet arxivi təşkil edir.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
“Bloomberg”in məlumatına görə, startapa Çjan öz vəsaitindən 100 milyon dollar sərmayə qoyub.
Şirkətin ilk məhsulu “Epochal Time Portal” adlanır. Bu platforma internetin müəyyən tarixə uyğun dondurulmuş arxividir. Sistem son 30 ildə yayımlanmış bir trilyondan çox veb-səhifəni dəqiqəlik indeksləşdirir.
Platformanın əsas xüsusiyyəti süni intellekt agentinin yalnız seçilmiş tarixədək yayımlanmış məlumatları görə bilməsidir. Həmin tarixdən sonra internetdə dərc edilən materiallar sistem üçün əlçatan olmur.
Bu yanaşma süni intellektin gələcəyi nə dərəcədə dəqiq proqnozlaşdıra bildiyini yoxlamağa imkan verir. Belə ki, mövcud modellər internetdəki məlumatların böyük hissəsini öyrəndiyindən, keçmiş hadisələrin sonradan necə nəticələndiyini əvvəlcədən bilirlər. “Time Portal” isə modeli keçmişə qaytararaq ona yalnız həmin dövrdə mövcud olan informasiyalar əsasında proqnoz vermək imkanı yaradır. Daha sonra proqnozlar real nəticələrlə müqayisə edilir.
Layihənin texniki xüsusiyyətlərindən biri də süni intellekt modellərinin tarixi məlumatlar üzərində sınaqdan keçirildiyini anlamasının qarşısını almaqdır. Bunun üçün platformanın virtual mühiti hər bir modelin təlim aldığı dövrə uyğunlaşdırılır. Şirkət bildirir ki, sistem cəmi 90 gün ərzində hazırlanıb.
“Time Portal”a məhdud həcmdə pulsuz giriş artıq açılıb. Korporativ müştərilər üçün isə ödənişli tarif nəzərdə tutulub. “Bloomberg”in məlumatına əsasən, “Epochal”ın komandasına “xAI”, “OpenAI”, “Anthropic” və “Google DeepMind” şirkətlərinin keçmiş əməkdaşları da qoşulub.
Layihənin yaradıcıları hesab edirlər ki, bu texnologiya süni intellektin proqnozlaşdırma imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirə və müxtəlif sahələrdə qərarvermə proseslərinə təsir göstərə bilər. Onların yanaşmasına görə, intellektin əsas göstəricilərindən biri gələcək hadisələri əvvəlcədən təxmin etmək bacarığıdır. Bunun üçün süni intellekt modelləri keçmişin minlərlə fərqli mərhələsini ayrı-ayrılıqda təhlil etməlidir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















