Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar 18 manat… KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2027-ci ildən taksi sürücüləri üçün yeni vergi qaydası tətbiq olunacaq. Yeni dəyişikliklə sürücülər sabit 18 manat deyil, aylıq dövriyyələrinin 1 faizi həcmində vergi ödəyəcəklər. Verginin hesablanması və ödənilməsi isə taksi operatorları tərəfindən həyata keçiriləcək.
Yeni qayda taksi sürücülərinin gəlirlərinə, gedişhaqlarına və nəticədə sərnişinlərin xərclərinə necə təsir edəcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, burada sadə formul var
“Yeni layihədən görünür ki, çox qazanan 18 manat, az qazanan isə daha az ödəyəcək. Elə sürücü var, məsələn, 8, 10, 15 manat ödəyə bilər. Çünki bu hesablaşma onun gəlirinə uyğun aparılacaq.
Taksi operatorları ilə Dövlət Vergi Xidməti arasında bu məsələlər yəqin ki, müzakirə olunub. Standart məlumdur: taksi sürücüləri aşağı və yuxarı həddə nə qədər qazanırlar? Ən aşağı məbləğ nə qədərdir, ən yuxarı nə qədərdir? Yəqin ki, buna uyğun olaraq orta rəqəm götürülüb: 1 faiz. Bu da ümumilikdə o deməkdir ki, istənilən halda taksi sürücüsünün ödəyəcəyi məbləğ aylıq 18 manatı keçməyəcək. Amma az qazananlar artıq 18 manat ödəməyəcəklər. Bax, bu, həmin insanlar üçün faydalı olacaq.
Açığı, bilmirəm, az qazanan sürücülərin sayı nə qədərdir. Sürücülər buna görə 18 manatlıq ödəniş səbəbindən daha az qazanmağa çalışacaqlar, yoxsa daha çox qazanmağa çalışacaqlar ki, yenə də son həddə 18 manat ödəsinlər? Hər halda, mən istəməzdim ki, əlavə vergi yükü onları narahat etsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















