Icma.az
close
up
RU
Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

"APA-Economics" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir.

Qeydiyyata alınan mülkiyyət hüququnun 58 mindən çoxu (18,7%) ilkin, 252 mindən çoxu (81,3%) isə təkrar qeydiyyatın payına düşür.

Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 0,7%, alqı-satqı üzrə 10,1%, vərəsəlik üzrə 4,3%, bağışlama üzrə 15%, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 16,7% artım müşahidə olunub.

Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr ayları ərzində mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 1,7%, fərdi yaşayış və bağ evləri üzrə 14,7%, qeyri-yaşayış sahələri üzrə 11,6%, qeyri-yaşayış binaları üzrə 10,3% artım, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4%, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7%, torpaq sahələri üzrə isə 0,5% azalma müşahidə olunub. (cədvəl 2)

Hesabat dövründə qeydiyyata alınmış mülkiyyət hüquqlarının 90.905-i (29,3%) Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Həmin dövrdə 56.878 ipoteka və 6.577 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,9% və 12,6% artım deməkdir.

2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 219.018 texniki pasport tərtib edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Noyabr 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri