Icma.az
close
up
RU
Azərbaycanda tarixi suvarma kanalının arxeometrik tədqiqatları beynəlxalq mətbuatda dərc edilib

Azərbaycanda tarixi suvarma kanalının arxeometrik tədqiqatları beynəlxalq mətbuatda dərc edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

ABŞ-ın Boston Universiteti tərəfindən İngiltərənin “Routledge” beynəlxalq elmi nəşriyyat evində çap olunan yüksək impakt faktorlu jurnalda (“Journal of Field Archaeology”) “Kanalboyu təpələr son antik dövrdə Cənubi Qafqazda insan və ətraf mühitin qarşılıqlı əlaqəsi üçün arxiv kimi” başlıqlı məqalə dərc edilib. Məqalənin həmmüəllifləri sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Təvəkkül Əliyev də var.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, onun həmrəhbərliyi ilə beynəlxalq arxeoloji ekspedisiya Azərbaycanın cənub-qərbində yerləşən Mil düzünün landşaftında tarixi suvarma kanalı sisteminin qalıqlarını tədqiq edib. Ekspedisiyanın elmi heyətinə İngiltərənin Durham, Almaniyanın Kiel universitetlərinin və Berlindəki Ön Asiya (Vorderasiatisches) Muzeyinin elmi əməkdaşları daxil idilər.

Məqalədə Örənqala yaxınlığında, Govurarx suvarma kanalı boyunca yerləşən təpələrdə aparılmış arxeoloji və arxeometrik tədqiqatın nəticələri öz əksini tapıb. Belə ki, sahilboyu təpələr mütəmadi aparılan təmir nəticəsində kanalın dibindən müxtəlif vaxtlarda çıxarılmış torpaq kütləsindən yaranıb. Təpələrdən götürülmüş nümunələrin mikromorfoloji təhlili və Optik Stimullaşdırılmış Lüminessensiya (OSL) üsullarının tətbiqi kanalın tikinti, istifadə və tərk edilmə mərhələlərini müəyyənləşdirməyə imkan yaradıb. OSL üsulu ilə aparılan tarixləndirmə göstərir ki, kanal sisteminin mürəkkəb tarixi var: kanalın tikintisi VIII əsrə aid edilir, bundan sonra təxminən 1000 il ərzində istifadə, texniki qulluq, modifikasiya və tərk edilmə dövrləri olub.

Müəyyən edilib ki, suvarma kanalı XI-XIV əsrlərə kimi fəaliyyət göstərib. O vaxtdan da kanalın təmiri və yenilənməsi dayanıb. Eramızın XIV əsrindən XVII əsrə kimi kanalda təbii səbəblərdən və texniki qulluğun dayandırılmasına görə su axını kəsilməyə başlayıb. XVII əsrdən tarixi suvarma kanalı artıq deaktiv olub. Dövrü üçün inkişaf etmiş oturaq və şəhər mədəniyyətinə işarə edən kanalın mövcudluğu müddətindəki bu proseslərin səbəbi həm regionda sosial-siyasi və həm də ekoloji amillərlə bağlı idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri