Icma.az
close
up
RU
İnsan ömrünün 150 ilə qədər uzadılması qaçılmazdır

İnsan ömrünün 150 ilə qədər uzadılması qaçılmazdır

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Milyarder iş adamı İlon Maskın insan ömrü və ölüm anlayışı ilə bağlı səsləndirdiyi fikirlər texnologiya və elm dünyasında uzunömürlülük mövzusunda müzakirələri yenidən alovlandırıb.

Banco.az xəbər verir ki, Mask bildirib ki, insan ömrünü məhdudlaşdıran bioloji baryerlər aradan qaldırılmalıdır. Bu yanaşma ölümün həqiqətən də qaçılmaz bir talemi olub-olmaması sualını yenidən gündəmə gətirib.

Əslində, bu müzakirələr yeni deyil. Son illərdə biotexnologiya və genetika sahəsində əldə olunan nailiyyətlər qocalmanın sadəcə passiv və dəyişməz bir proses deyil, ölçülə bilən və potensial olaraq müdaxilə edilə bilən bioloji mexanizm olduğunu göstərir. Bu kontekstdə qocalmanı elmi əsaslarla ölçməyə imkan verən epigenetik saatların yaradıcısı Stiv Horvatın açıqlamaları mövzuya yeni ölçü qatıb.

Stiv Horvat TIME jurnalına verdiyi son müsahibədə insan ömrünün 150 ilə qədər uzadılmasının “mütləq baş verəcəyini” bildirib. Bununla yanaşı, min il yaşamaq ideyasını elmi fantastika kimi dəyərləndirib. Horvatın iddiaları yalnız nəzəri proqnozlara deyil, uzun illər ərzində aparılmış konkret elmi tədqiqatlara əsaslanır.

Alim qocalmanı ədədi və obyektiv şəkildə ölçməyə imkan verən epigenetik saatların memarı kimi tanınır. Bu metodlar DNT-də metilləşmə adlanan kimyəvi dəyişikliklərin zamanla necə toplandığını ölçərək bioloji yaşla xronoloji yaş arasındakı fərqi üzə çıxarır. Horvatın işi müasir uzunömürlülük tədqiqatlarının təməl daşı hesab olunur.

Hazırda Horvat hüceyrə cavanlaşması üzərində çalışan biotexnologiya şirkəti Altos Labs-da fəaliyyət göstərir. Şirkətin əsas məqsədi yaşlanma ilə zəifləyən sağlam hüceyrə funksiyalarını bərpa etməklə xəstəlikləri və fiziki geriləməni geri çevirməkdir. Horvat artıq yalnız akademik araşdırmalarla kifayətlənmədiyini, klinik nəticə verəcək real müdaxilələrin inkişafına töhfə vermək istədiyini vurğulayır.

Onun fikrincə, süni intellekt və böyük həcmli məlumat modellərinin biologiyaya inteqrasiyası uzunömürlülük tədqiqatlarını gözləniləndən daha sürətli inkişaf etdirib. Hesablama gücünün, bioloji məlumatların və nəzəri biliklərin artması ilə bu sahədə irəliləyişlərin daha da sürətlənəcəyi proqnozlaşdırılır.

Horvatın qənaətinə görə, 150 illik insan ömrü artıq fövqəladə bir ssenari deyil, sadəcə zaman məsələsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri