Icma.az
close
up
RU
Azərbaycanda TƏBİİ FƏLAKƏT baş verdi FOTOLAR

Azərbaycanda TƏBİİ FƏLAKƏT baş verdi FOTOLAR

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Lənkəran rayonunun Separadi kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, təxminən 200 metr uzunluğunda olan ərazidə 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

Kənd sakinlərinin bildirdiyinə görə, sürüşmə prosesi uzun müddətdir davam edir, lakin son yağışlardan sonra daha da aktivləşib. Çayda suyun səviyyəsi artdıqda sel suları ətrafa daşır. Artıq ərazidəki meyvə ağaclarını və köməkçi tikililəri (hini) sel sularının apardığı bildirilir.

Məsələ ilə bağlı Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev sözügedən kənddə olub və əraziyə baxış keçirib. O, mövcud vəziyyəti belə şərh edib:

“Müraciət əsasında Separadi kəndində selin fəsad törətdiyi yerə baxış keçirdik. Məlum oldu ki, təqribən 200 metr məsafədə sürüşmə halı baş verib. Bununla əlaqədar, idarənin texnikasının köməyi ilə təhlükənin böyüməməsi üçün yerli materiallardan müvəqqəti bəndvurma işləri aparılacaq. Daha sonra isə yuxarı təşkilatlara müraciət olunacaq, xüsusi komissiya yerində yoxlama aparacaq və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdiriləcək”.

Qeyd edək ki, indiyədək Ulum çayının sağ və sol sahillərində 500 metrə yaxın məsafədə bəndvurma işləri görülsə də, əlavə vəsait ayrılmadığı üçün proses yarımçıq qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri