Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili qəzaya düşüb. SİA xəbər verir ki, hadisə Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.
Belə ki, təcili tibbi yardım avtomobili Lənkəran rayon, Şağlaküçə kənd sakini Şərifzadə Natiq Balakişi oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Nəticədə təcili yardımda olan xəstə Astara rayon sakini, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova, xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü Yaralılar var / FOTO
27 Noyabr 2024 02:02
Qusarda təcili yardım avtomobili qəzaya düşdü FOTO
07 Noyabr 2024 14:24
Təcili yardım avtomobili qəzaya düşdü Yaralılar var
27 Noyabr 2024 09:08
Lənkəranda təcili yardım avtomobili qəzaya düşdü, yaralılar var KONKRET
27 Noyabr 2024 09:21
Baxış sayı:81
Bu xəbər 27 Noyabr 2024 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















