Icma.az
close
up
RU
Azərbaycanda Toxumçuluq haqqında yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda Toxumçuluq haqqında yeni qanun layihəsi hazırlanıb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə "Toxumçuluq haqqında" yeni qanun layihəsi hazırlanıb.

525.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Bakıda keçirilmiş "Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu" mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək: "Ölkəmizdə elmi-tədqiqat institutları ilə özəl toxumçuluq təsərrüfatlarının sıx əməkdaşlıq etməsi, elm və istehsalat əlaqələrinin güclənməsi özəl sektorun yeni yaradılmış bitki sortlarına marağını artırır. Seleksiya nailiyyətlərinin qeydiyyatı və toxum sertifikatlaşdırılması proseslərinin institusional potensialının gücləndirilməsi istiqamətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə layihələr həyata keçirilir".

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında əsas istehsal vasitəsi kimi keyfiyyətli toxumlar xüsusi rol oynayır. M.Məmmədov qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindən olan toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkili, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Nazir əlavə edib ki, dövlət tərəfindən həyata keçirilən dayanıqlı toxumçuluq siyasəti çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seleksiya nailiyyətlərinin qeydiyyatı, toxum sertifikatlaşdırılması və toxum bazarının liberallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Daha sonra konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda "Toxumçuluğun inkişafı sahəsində görülmüş işlər və mövcud problemlər", "Yeni sortların yaradılması, yerli sortlara tələbat və təşviq", "Toxumçuluğun inkişafında özəl sektorun rolu və dövlət dəstəyi" mövzularında təqdimatlar dinlənilib.

Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə və bu sahədə yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində keyfiyyətli toxumun əhəmiyyəti və toxumçuluğun inkişafı ilə bağlı videoçarx nümayiş olunub, bu sahədə yüksək peşəkarlıq göstərən və aqrar sektorun inkişafına töhfə verən toxumçulara sertifikatlar təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri