Azərbaycanda tükürpədici biznes: Balıqlara yem əvəzinə görün nə verilir
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
"Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır".
Turkustan.az xəbər verir ki, bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub:
"Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub".
E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər:
"Bundan əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan balıqları yeyərkən ağır metal və duzlarla zənginləşir".
Qeyd edək ki, balıq alarkən gözləri aydın və şişkin olmalıdır, qoxusu təzə və dəniz kimi olmalıdır, pis iy gəlməməlidir, dərisi parlaq və sürüşkən olmalıdır, pulcuqları bədənə yapışıq olmalıdır, əti bərk və elastik olmalıdır, barmaqla basdıqda çuxur qalmamalıdır, solungaçları qırmızı və təmiz görünməlidir, qarnı şişkin və boş olmamalıdır, gözlə görünən yara, çürük və ya ləkə olmamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















