Icma.az
close
up
RU
Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: Məlumat verməli idim

Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: Məlumat verməli idim

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan öz vəkilinin suallarını cavablandırıb.

Müdafiəçinin "Özünü Fransa səfirliyinin əməkdaşı kimi təqdim edən şəxslərlə əlaqə qurmaqda məqsədin nə idi" sualına Martin Ryan bildirib ki, onlarla əlaqənin olmasının müsbət tərəfləri olub:

"Mən iş adamıyam. İşimə görə, səfirliklə əlaqəm olmalı idi. Bunu müsbət hal kimi bilmişəm. Bunun sayəsində geniş əlaqələr qurmuşam".

Vəkilin "Həmin şəxslərin xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu necə bildin" sualına cavabında təqsirləndirilən şəxs deyib ki, Frederik Devosla danışanda bunu hiss edib:

"Onun xüsusi xidmət orqanlarının əməkdaşı olması verdiyi suallardan bəlli idi. Ondan sonra mənimlə danışan şəxslərə də bu aydın idi. Həmçinin Azadla əlaqədə olan şəxsin də maraqlandığı, verdiyi suallardan bu bilinirdi. Bu, istintaq materiallarında da əks olunub".

Müdafiə tərəfinin "Onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bildikdən sonra niyə münasibəti davam etdirdin" sualını cavablayarkən o, burada əsas məqsədinin öz ölkəsini təmsil edən şəxslərlə münasibət qurmaq olduğunu bildirib:

"Kimləsə şəxsi münasibətin varsa, orada mütləq şəkildə mənfəət olmalı deyil. Məqsədim dostluq əlaqələrinin qurulması və təhlükəsizliyim olub. Vəzifə, mənfəət, maddi vəsaitdən söhbət belə gedə bilməz".

Martin Ryan suallara cavab olaraq onu deyib ki, bu barədə Azərbaycan xüsusi xidmət orqanlarına məlumat versəydi, Fransaya xəyanət etmiş olardı: "Eyni zamanda, əlimdə kifayət qədər sübut yox idi. Lakin bu barədə Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim. Əlimdə sənədlər olsaydı, hazırda həbsdə olmazdım".

Daha sonra Martin Ryan cinayət işi üzrə digər təqsirləndirilən Azad Məmmədlinin vəkilinin suallarını cavablayıb.

O, Azadla 2019-cu ildə tanış olduğunu vəkilə bildirib:

"Azadla 2019-cu ildə ortaq dostumuz vasitəsilə tanış olmuşuq. Azadın Rusiya haqqında xüsusi bilikləri var idi. Bunun üçün də Azad onların maraq dairəsində idi. Azadı mən onlarla tanış etmişəm".

Daha sonra Azad Məmmədli məhkəmədə sərbəst ifadə verib: "Fransa səfirliyi üçün məlumat verməmişəm, casusluq və tapşırıq icra etməmişəm. Onlar buna cəhd etsə də, mən həmin şəxslərə müsbət cavab verməmişəm. Hətta 2023-cü il avqust ayında mən Martinlə telefonla danışmışam. Həmin danışıq zamanı da Martinə həmin təklifi rədd etdiyimi bildirmişəm. Səfirlik əməkdaşları ilə şifahi, yazılı razılıq etməmişəm. Təəssüf ki, Martin Ryan istintaq zamanı yalan ifadə verib. O, ifadəsində bildirib ki, mən Fransa səfirliyinin əməkdaşlarına Rusiyada təhsil aldığım universitetin bir neçə əməkdaşı barədə məlumat vermişəm. Lakin belə hal baş verməyib.

Mən Martinlə bir dostumu da tanış etmişəm. 2023-cü ilin oktyabrında görüşdük. Lakin mən səfirliyin təklifinə 2023-cü ilin fevralında rədd cavabı vermişəm. Martini mən özümə dost bilmişəm. Onun casus olduğunu bilmirdim".

Azad Məmmədli bildirib ki, ittihamlardan biri də açılacaq Zəngəzur dəhlizi ilə bağlıdır:
"Mən 2023-cü ildə Bakıya gələndə Martinlə görüşmüşdüm. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi bildirmişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi söyləmişdim".

Azad Məmmədli sərbəst ifadəsində bunları bildirib: "Nə mən onlara vətəndaşlıq üçün müraciət etmişəm, nə də onlar mənə təklif edib. Mən iş üzrə təqsirləndirilən şəxs olmaqla yanaşı, həm də zərərçəkənəm. Çünki Martin ona qeyri-qanuni şəkildə verilən tapşırıqları yerinə yetirmək üçün məndən istifadə edib, məni tora salıb. Məndən icazəsiz şəxsi məlumatlarım əldə edilib.
Martin Ryan birbaşa səfirlik əməkdaşları ilə əməkdaşlıq edib. Həmçinin 9 Azərbaycan vətəndaşını əməkdaşlığa cəlb edib. Bunun üçün də əvvəlcə onlarla süni dostluq əlaqələri qurub.
Mən vaxtında bu barədə Azərbaycan xüsusi xidmət orqanlarına məlumat vermədiyim üçün peşmanam".

Proses mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri