Azərbaycanda üç aydan çoxdur boş qalmış nazir postu
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci il fevralın 5-dən ekologiya və təbii sərvətlər naziri vəzifəsi boşdur. Həmin gün Muxtar Babayev nazir postundan çıxarılaraq Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Yeni nazir təyin olunmayıb, vəzifənin müvəqqəti icrası ilə bağlı rəsmi sənəd də açıqlanmayıb.
News24.az bildirir ki, ekologiya və təbii sərvətlər nazirinin bir birinci müavini, üç müavini var. Birinci müavin postunu Rəşad İsmayılov tutur. 1979-cu il təvəllüdlü Rəşad İsmayılov Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının şöbə müdiri, rəhbəri olub. 15 avqust 2024-cü ildən ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.
Nazir müavini vəzifəsində bu şəxslər əyləşir: Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.
\\Medianews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















