Icma.az
close
up
RU
Azərbaycanda uşaqlar niyə süd içmir...

Azərbaycanda uşaqlar niyə süd içmir...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süd insan orqanizmi üçün ən faydalı qida məhsullarından biridir. Tərkibindəki kalsium və minerallar sayəsində immunitet və ümumi inkişaf üçün həyati əhəmiyyət kəsb edir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda süd və süd məhsullarının ehtiyatları ilbəil artmaqdadır. Ərzaq balansı məlumatlarına görə, ölkənin ümumi süd məhsulları ehtiyatı 2023-cü ildə 2,8 milyon ton təşkil edib. Bunun 2,3 milyon tonu daxili istehsalın, 475 min tonu idxalın payına düşüb, qalanı isə əvvəlki ilin qalığı hesabına formalaşıb. 2014-cü ildə süd məhsulları ehtiyatı  2,6 milyon  tondan ötən ilin sonuna 2,8 milyon tona yüksəlib. Bu artım daha çox yerli istehsalın hesabına baş verib. Belə ki. 10 il əvvəllə müqayisədə yerli istehsal 1,8 milyon tondan 2,3 milyon tona yüksəlib. Yerli istehsalın artması idxalın azalmasına təsir edib, nəticədə süd məhsullarının idxalı 2014-cü ildəki 581 min tondan ötən il 474 min tonadək azalıb.

İstehsal artsa da, təssüf ki, son dövrlər süd Azərbaycan əhalisinin qida rasionunda getdikcə azalır. Ölkəmizdə süd istehlakının azalması son illərdə narahatlıq doğuran tendensiyalardan biridir. Gənc nəsil arasında südün qida rasionundan çıxarılması, həmçinin uşaqlara daha az süd verilməsi gələcəkdə ciddi problemlərə yol aça bilər.

Ayaqüstü qidaların populyarlaşması süd və süd məhsullarının cəlbediciliyini azaldıb.  Bir çox gənc və yeniyetmə südün yerinə qazlı içkilər, meyvə şirələri və bitki mənşəli içkilərə üstünlük verirlər.

Ekspertlər deyir ki, süd istehlakının azalması raxit xəstəliyinin artmasına səbəb ola bilər. Bu xəstəlik xüsusilə uşaqlar arasında D vitamini çatışmazlığı səbəbindən yaranır. Kalsium çatışmazlığı, həmçinin yaşlılar üçün risklər yaradır.

Modern.az-a danışan qida mütəxəssisi Elsevər Fərzəliyev bildirib ki, süd təbiətin insanlara bəxş etdiyi qeyri-adi qidadır: "Süd pisdirsə, insan ana südü ilə necə inkişaf edir? Ana südünün heyvan südlərindən fərqləndiyi doğrudur. Çünki onun tərkibində tam dəyərli zülallar, əvəzedilməz amin turşuları var. Hansı ki, onlar insanların inkişafı üçün əhəmiyyət kəsb edir. İnsan südlə qidalanmasa kalsium çatışmazlığı yaşana bilər. Südün tərkibində olan vitaminlər, "omeqa 3", "omeqa 6" əvəzedilməzdir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Avropa və Şimali Amerikada süd istehlakı yüksək olaraq qalır, Asiya və Afrika ölkələrində istehlak artır. Lakin bəzi ölkələrdə quru süddən də istifadə edənlərin sayında artım müşahidə edilir.

E.Fərzəliyev qeyd edib ki, əgər quru süd normal südün tərkibindəki nəmliyim buxarlandırılması ilə əldə edilirsə, ziyanı yoxdur.

"Yox əgər müxtəlif sintetik qatılaşdırıcılar əvəz edib hazırlayırlarsa, onların insan orqanizminə mənfi təsiri var. Normal xəttlə hazırlanan quru südün insan orqanizminə heç bir ziyanı yoxdur. Amma bir məsələ var ki, quru süd istehsal ediləndə vakum rejimlərdə buxarlandırılır. Bu rejim aşağı tempraturda buxarlanmanı şərtləndirir. Bu da südün qidalılıq dəyərinin bütöv halda saxlanmasına dəlalət edir".

Azərbaycanda süd istehlakının yenidən populyarlaşması üçün maarifləndirməyə ehtiyac var. Məktəblərdə süd paylanması və onun sağlamlıq üçün faydaları haqqında məlumatlandırma tədbirləri mühüm rol oynaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri