DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur".
Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə müraciətində deyilir.
"Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.
Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".
Baxış sayı:80
Bu xəbər 28 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















