Icma.az
close
up
RU
Azərbaycanda vençur kapitalı fondları yaradılır

Azərbaycanda vençur kapitalı fondları yaradılır

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda vençur kapitalı fondlarının hüquqi bazası formalaşdırılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsi, Mülki Məcəlləsi, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, "İnvestisiya fondları haqqında" qanuna vençur kapitalı fondu, peşəkar investor, akkreditə olunmuş investor, azad hesabatlı vençur kapitalı fondu və lisenziyalaşdırılan vençur kapitalı fondu anlayışları əlavə edilib. Bununla vençur fondlarının yüngül qeydiyyat rejimində və ya lisenziyalaşdırılan rejimdə fəaliyyət göstərməsi üçün fərqli hüquqi modellər yaradılır.

Əlavə olaraq, Mülki Məcəlləyə konvertasiya edilən maliyyə alətləri (Convertible instruments), konvertasiya edilen borc müqaviləsi (Convertible note) və gələcək iştirak payı haqqında müqavilə (SAFE) ile bağlı müddəalar əlavə edilib.

Qanunda korporativ müqavilə institutu və investorların xüsusi hüquqlarına dair normalar da yer alır. Birgə satış hüququ (Tag-along right), məcburi satış hüququ (Drag-along right), ilk imtina hüququ, ləğvetmə zamanı üstünlük, payın və ya səhmin dəyərsizləşməsi əleyhinə müddəalar, qorunan məsələlər, konvertasiya hüququ və fərqli səsvermə hüquqları kimi mexanizmlərin hüquqi əsasları müəyyən edilir.

Qanunda işçilərin pay və səhm iştirakı planı haqqında müqavilə (ESOP) ile bağlı müddəalar da yer alıb. Bu mexanizmə əsasən startap və texnologiya şirkətləri işçilərə və idarəetmə orqanlarının üzvlərinə yalnız əməkhaqqı verməklə kifayətlənməyib, onlara gələcəkdə şirkətin payını və ya səhmini əldə etmək imkanı yarada biləcəklər. Bu, xüsusilə yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və şirkətdə uzun müddət saxlanılması üçün vacib alətdir. Başqa sözlə, işçi şirkətin uğurunda birbaşa maraqlı olur, çünki şirkət böyüdükcə onun əldə edə biləcəyi payın və ya səhmin dəyəri də arta bilər.

Bundan başqa, "Valyuta tənzimi haqqında" və "Banklar haqqında" qanunlara rəqəmsal səyyahlar, innovasiya layihələri, vençur kapitalı fondları, akkreditə olunmuş investorlar və rəqəmsal xidmətlər üzrə valyuta və bank əməliyyatlarının xüsusiyyətlərini tənzimləyən müddəalar əlavə edilib. Bu dəyişikliklər innovasiya və rəqəmsal iqtisadiyyat subyektlərinin xarici ödənişlər, investisiya qoyuluşları, gəlirlərin repatriasiyası və bank xidmətlərinə çıxışı sahəsində mövcud inzibati çətinliklərin azaldılmasına xidmət edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyul 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri