Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % ə yaxın artıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il noyabrın 1-nə Azərbaycanda 1 734 871 vergi ödəyicisi olub.
Banco.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,3 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,6 % artıb.
Bu il oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,4 % çox – 214 988 vahid təşkil edib.
Oktyabrda 1 183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 86,8 %-i yerli, 13,2 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 %-i MMC formasında yaradılıb.
Baxış sayı:87
Bu xəbər 12 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















