Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.
"Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır." - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 İyun 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















