Pişiyimi öldürüb, zibil torbasında verdilər Video
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Modelyer Şəlalə Maqsudova pişiyinin baytarlıq klinikasında yanlış əməliyyat nəticəsində öldüyünü iddia edib.
Axşam.az xəbər verir ki, modelyer bu barədə sosial şəbəkə hesabında yazıb. O, noyabrın ilk günündə sağlam pişiyini qısırlaşdırmaq üçün Yasamalda yerləşən “Rvet” Baytarlıq Klinikasına apardığını bildirib. Ş.Maqsudova əməliyyatı baytar Ruslan Ələkbərovun etdiyini burğulayıb.
Modelyerin sözlərinə görə, pişiyə qurd dərmanı verilmədiyini həkimə bildirsələr də, baytar dərmanı səhər verib, günorta əməliyyat edəcəyini söyləyib:
"Əməliyyatdan sonra heyvan üç gün qusdu. Aparılan analizlər nəticəsində pişiyin virusa yoluxduğu məlum olub. Onu xilas etmək mümkün olmadı. Klinikaya özümüz müraciət etməsəydik, pişiyin ölümü ilə bağlı bizə məlumat vermirdilər. Heyvanın cəsədini zibil torbasında bizə verdilər. Özüdə heyvanların yoxlanıldığı klinika natəmiz haldadır.
Paylaşımından sonra sözügedən klinikadan şikayət edən çoxsaylı insan mənə yazıb. Sonradan digər baytarlarla məsləhətləşdik, qurd dərmanı ilə eyni gündə əməliyyat aparılmasının düzgün olmadığını və bunun heyvanın immunitetinə mənfi təsir göstərə biləcəyini öyrəndik".
Modelyer aidiyyəti qurumlara müraciət etdiklərini, hadisənin araşdırılmasını və məsul şəxslərin əməllərinə hüquqi qiymət verilməsini tələb etdiklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 17 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















