Icma.az
close
up
RU
Azərbaycanda “Xanlıqlar” muzey parkı yaradılmalıdır Təbriz VƏFALI YAZIR

Azərbaycanda “Xanlıqlar” muzey parkı yaradılmalıdır Təbriz VƏFALI YAZIR

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbriz VƏFALI

***

Hər birimizə məlumdur ki, Azərbaycan qədim və zəngin tarixə malikdir. Şübhəsiz ki, keçmişimizi, kimliyimizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, mənəviyyatımızı və sairi indiki və gələcək nəsillərə sevdirmək üçün tariximizi sevməli və onun daim təbliği üçün əlimizdən gələni etməliyik. Düzdür, tariximizlə bağlı çoxsaylı ədəbiyyatlarımız, kimolarımız, sənədli filmlərimiz və digərləri olsa da, bu sahədə müəyyən boşluqlar hələ də var.   

Məsələn, elə götürək Azərbaycanda mövcud olmuş xanlıqları. Tarixi sənədlərdən və faktlardan məlumdur ki, Nadir Şah Əfşar tərəfindən əsası qoyulmuş Əfşarlar imperiyasının zəifləməsindən və dağılmasından sonra XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil və feodol dövlətlər olan xanlıqlar yaranmağa başlayıb. Belə ki, Şimali Azərbaycan ərazisində Bakı xanlığı, Dərbənd xanlığı, Gəncə xanlığı, Cavad xanlığı, Talış xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı, Cənubi Azərbaycan ərazisində isə Ərdəbil xanlığı, Marağa xanlığı, Maku xanlığı, Mərənd xanlığı, Qaradağ xanlığı, Qəzvin xanlığı, Şərab xanlığı, Təbriz xanlığı, Urmiya xanlığı, Xalxal xanlığı, Xoy xanlığı və Zəncan xanlığı mövcud olub. 

Azərbaycan xanlıqları ilə bağlı apardığımız araşdırmalara görə, həm yazılı tariximizdə, həm də internet resurslarında xanlıqlarımızla, xanlıqları idarə etmiş ellər və tayfalar barədə yetərincə yetərincə məlumatlar və fotoşəkillər yoxdur. 

Ona görə də Azərbaycanda “Xanlıqlar” muzey-parkının yaradılması mütləq vacibdir. 

Bu muzey-parkda hər bir xanlıq barədə, onu idarə etmiş el və tayfa haqqında dolğun və ətraflı informasiyaları özündə əks etdirən məlumat lövhələri, tarixi sənədlərin kserekopyaları, portretlər və fotoşəkillər olmalıdır. 
Məlumdur ki, dövlətçiliyin və müstəqilliyin müqəddəs rəmzlərindən biri də bayraqdır. Bu səbəbdən, sözügedən muzey-parkda xanlıqların bayraqları ucaldılmalıdır. 

Digər tərəfdən, dövlət xəritəsi deyilən bir anlayış var. Bu xəritə hər bir dövlətin coğrafi sərhədlərini, ərazisini və digər xüsusiyyətlərini özündə əks etdirir. “Xanlıqlar” muzey-parkında xanlıqların xəritələri də nümayiş etdirilməlidir. 

Sözügedən muzey-parkda xanlıqları idarə etmiş xanların və digər şəxslərin heykəlləri qoyulmalıdır. 

Bu muzey-parkda xanlıqlar dövrünün yadigarı olan eksponatlar nümayiş etdirilməlidir.

Azərbaycan xanlıqları barədə sənədli və bədii filmlər çəkilməli, tamaşalar hazırlanmalı və onların “Xanlıqlar” muzey-parkında geniş auditoriyaya nümayişi üçün guşələr yaradılmalıdır. 

Hər il şagirdlərimizin bu muzey-parka ekskursiyası təşkil olunmalıdır. 

Şübhəsiz ki, bu yolla həm tariximizi indiki və gələcək nəsillərə sevdirə bilərik. Həm də təhsilin, turizmin, iqtisadiyyatın və mədəniyyətin inkişafına əvəzsiz töhfə verə bilərik.  

Xüsusilə də dünyada analoqu olmayacaq “Xanlıqlar” muzey-parkına həm yerli, həm də əcnəbi turistlərin axınının ilbəil sürətlənməsi qədim və şanlı tariximizin bölgələrimizdə və xarici ölkələrdə təbliğatına və turizmdən qazanılan gəlirlərin hər il artmasına, dövlət büdcəsinin zənginləşməsinə gətirib çıxaracaq.

Pulsuz təklif məndən... 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri