“MƏN ONUN ÜÇÜN ÇAMADAN DEYİLƏM…” Zelenski Lukaşenkoya sərt cavab verdi VİDEO
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Xəbər verildiyi kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə onunla birgə Moskvaya – Vladimir Putinlə görüşə uçmağı təklif edib.
Lukaşenko Zelenskinin "təhlükəsizlik qarantı" kimi çıxış etməyə hazır olduğunu deyib. Belarus Prezidenti bunu Fransanın "Le Point" jurnalına verdiyi müsahibədə bildirib.
Məlum olduğu kimi, Putin daha əvvəl Zelenski ilə görüşün yalnız Rusiya paytaxtında keçirilməsi şərti ilə mümkün olduğunu bildirmişdi. Lukaşenko müsahibəsində bu tələbi "qəddar" adlandırsa da, Ukrayna liderini Moskvaya gedəcəyi təqdirdə müşayiət etməyə hazır olduğunu deyib. "Volodya Zelenski və mən təyyarəyə minib Moskvaya uça bilərik. Sadəcə ikimiz. Onun təhlükəsizliyinin qarantı olaraq, mən onunla birlikdə təyyarəyə minib Moskvaya uça bilərəm. Oturub danışa bilərik", - deyə o bildirib.
“Özü avtomat götürüb cəbhəyə getsin”
Lukaşenko həmçinin deyib ki, əgər Zelenski bu variantı qəbuledilməz hesab edərsə, "qoy özü avtomat götürsün, cəbhəyə gedib döyüşsün".
"Müharibə davam edir, onu dayandırmaq lazımdır və biz razılığa gələ bilərik", - deyə o qeyd edib.
Lukaşenkonun sözlərinə görə, münaqişə Avropanın iştirakı ilə deyil, Belarus-Ukrayna-Rusiya formatında daha tez həll olunacaq: "Onsuz da gələcəyimizi biz üçümüz müəyyən edəcəyik... Burada, bu bölgədə üç əsas slavyan xalqı tarixən və indi necə yaşayacaqlarına qərar verəcəklər".
“Niyə bu qədər qeyri-ciddi şeylər təklif edir?”
Jurnalsitlər Lukaşenkonun bu təklifi ilə bağlı fikirlərini öyrənmək üçün Volodimir Zelenskiyə müraciət ediblər. Ukrayna Prezidenti cavab olaraq Lukaşenkoya öz təklifini verib: "O, Putini götürə və onunla birlikdə Kiyevə uça bilər, onda biz mütləq onların təhlükəsiz qarşılanacağına zəmanət verəcəyik. Buyursunlar, bu ki danışıqlardır”.
Ardınca Zelenski Belarus başçısını qeyri-ciddi təklifə görə qınayıb: "Lukaşenko niyə bu qədər qeyri-ciddi şeylər təklif edir? Biz müharibə vəziyyətindəyik, Moskvada görüşə bilmərik, Kiyevdə də görüşə bilmərik. Hamımız bunu çox yaxşı başa düşürük. Kimsə bunu deyəndə, bu, sadəcə ciddi söhbət deyil. Yəni, bu adam bizi müharibənin sonuna yaxınlaşdırmır".
Zelenski Lukaşenkonun Moskvaya birgə uçuş təklifinə sərt reaksiya verib: "Məni aparmağı təklif edir. Mən onun üçün çamadanam, ya nəyəm? Sadəcə məni götürmək və uçmaq... Özü də niyə Moskvaya?".
O əlavə edib ki, müharibənin sonuna gətirib çıxarmayacaq absurd və qeyri-konstruktiv təkliflər informasiya məkanını çirkləndirir.
Qeyd edək ki, bundan öncə “Bloomberg” öz mənbələrinə istinadla yazmışdı ki, 2026-cı ilin sentyabrında ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası zamanı şəxsi söhbətində Zelenskiyə Putinlə görüşmək üçün Moskvaya getməyi təklif etdib. Lakin Ukrayna lideri imtina edib.
Eyni zamanda, Tramp dəfələrlə deyib ki, Zelenski və Putinin bir-birinə hədsiz nifrət etdikləri üçün görüşə bilmirlər.
Zelenski isə bundan öncə Putinə neytral ərazidə görüşməyi təklif edib. O, məkanlardan biri kimi 14-15 dekabr tarixlərində ABŞ-də keçiriləcək G20 sammitini qeyd edib. Kreml bu təşəbbüsü rədd edib və yenə Moskvanı danışıqlar üçün yeganə mümkün məkan adlandırıb.
E.Qüdrətoğlu
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Noyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















