Cahangir Həsənzadə: Açıq danışsaq bu, qeyri real görünür“
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real danışsaq, "Barselona" oyunun favoritdir. Kataloniya klubu turnir cədvəlində ön yerlərdədir, heyəti yüksək səviyyəli futbolçulardan qurulub və Çempionlar Liqasında böyük təcrübəyə malikdir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın sabiq Texniki direktoru Cahangir Həsənzadə bildirib.
Azərbaycan millisinin sabiq qapıçısı "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona" ilə qarşılaşacağı matçla bağlı fikirlərini bölüşüb:
"Sabah" isə 1 qələbə və 3 məğlubiyyətlə aşağı pillələrdə qərarlaşıb və bu səviyyədə ilk mövsümünü yaşayır. Amma futbolda hər şey təkcə adlarla ölçülmür. "Barselona"dan Bakıya təxminən 3 970 kilometrlik uçuş Kataloniya təmsilçisinin avrokubok tarixindəki ən uzun yolçuluğudur və yorğunluq amili rol oynaya bilər. Üstəlik, "Sabah"ın "Sumqayıt"ı 5:1 məğlub edərək qələbəsizlik seriyasına son qoyması komandaya əlavə inam verib. Sürpriz çətindir, amma istisna da etmək olmaz. "Barselona"nın yüksək məhsuldarlıq nümayiş etdirməsini də unutmayaq. Komanda son 10 görüşdə 25-dən çox qol vurulub. Müdafiədə səhvləri minimuma endirsə, sürətli keçidlərdən dəqiq istifadə etsə və rəqib uzun səfərdən sonra konsentrasiyanı bir qədər itirsə, "Sabah" xal qazana bilər. Ancaq açıq danışsaq bu, qeyri-real görünür".
Mütəxəssis Lamin Yamalın Bakıya gəlməməsinin oyuna marağa təsirindən danışıb:
"Lamin Yamalın Bakıya gəlməməsi müəyyən qədər məyusluq yarada bilər. Azarkeşlər onu meydanda görməyi səbirsizliklə gözləyirdilər. Lakin onun gəlməməsi səbəbindən oyuna ümumi marağı kəskin azaldacağını düşünmürəm. "Barselona"nın özü böyük brenddir və Azərbaycan klubuna qarşı ilk rəsmi oyunu tarixi hadisədir. Hansi Flik kimi baş məşqçi, Pedri, Qavi, Rafinya, Joau Kanselu və Pau Kubarsi kimi futbolçular gəliblər. Fikrimcə, bu gün Bakı Olimpiya stadionun möhtəşəm ab-havanın şahidi olacağıq".
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı bu gün Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















