Icma.az
close
up
RU
Azərbaycanda xəyanət edənlərə bu cəza veriləcək Vəkil AÇIQLADI

Azərbaycanda xəyanət edənlərə bu cəza veriləcək Vəkil AÇIQLADI

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda həyat yoldaşına xəyanət edənlərin hüquqi baxımdan müəyyən məsuliyyət daşıdığı haqda məlumat yayılıb. Vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə bir qanun varsa, hüquqi baxımdan necə tənzimlənir?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, Azərbaycanda “xəyanət” anlayışının hüquqi baxımdan konkret tənzimlənməsi yoxdur:

“Ailə Məcəlləsi ər-arvadın qarşılıqlı sədaqət və hörmət prinsiplərinə riayət etməli olduğunu təsbit etsə də, “xəyanət” anlayışını ayrıca hüquqi kateqoriya kimi müəyyən etmir və ona görə birbaşa hüquqi məsuliyyət növü nəzərdə tutmur”.

Vəkil virtual münasibət məsələsinə də aydınlıq gətirib:

“Məsələn, sadə telefon danışığı hüquqi baxımdan xəyanət kimi qəbul edilmir. Lakin açıq-aşkar intim xarakterli yazışmalar, foto və ya video mübadiləsi məhkəmə tərəfindən ailə sədaqətinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmədə əsas məsələ iddianın sübuta yetirilməsidir. Sübutlar isə qanuni üsulla əldə olunmalıdır. Şəxsi həyata müdaxilə etməklə, gizli yollarla əldə olunmuş materiallar bir çox hallarda sübut kimi qəbul edilmir”.

Asim Abbasov

A.Abbasov qeyd edib ki, qanunvericilikdə xəyanətə görə birbaşa cərimə və ya digər məsuliyyət nəzərdə tutulmasa da, müəyyən hallarda bu davranış mənəvi zərərin yaranmasına səbəb kimi qiymətləndirilə bilər:

“Belə olduqda zərərçəkmiş tərəf mülki qaydada mənəvi zərərə görə təzminat tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə isə tərəflər arasındakı münasibətləri, təqdim olunan sübutları və iddia olunan zərərin real olub-olmamasını araşdıraraq qərar verir.

Ölkəmizin hüquq sistemində xəyanət anlayışı konkret hüquqi norma ilə tənzimlənmir. Bu səbəbdən onun hüquqi nəticələri avtomatik deyil, yalnız müvafiq sübutlar və halların məcmusu əsasında, hər bir iş üzrə ayrıca müəyyən olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri