Icma.az
close
up
RU
Yazıçı: Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi

Yazıçı: Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Yazmağa təxminən 2004–2005-ci illərdə başlamışam. Həmin vaxtdan arzularımı, düşüncələrimi və içimdə yaşatdığım hissləri vərəqlərə köçürürəm. Ən böyük arzularımdan biri yazdıqlarımın nə vaxtsa kitab halında nəşr olunaraq oxuculara çatması idi. “Hekayələr sehrində” kitabımın işıq üzü görməsi ilə bu arzum gerçəkləşib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Hekayələr sehrində” kitabının müəllifi, yazıçı Ülkər Ayçiçək deyib.

Kitabın yaranma tarixçəsinə toxunan yazıçı bildirib ki, nəşrdə avtobioqrafik hekayə də yer alıb.

“Həmin dövrdə xəstəliyimlə əlaqədar müalicə alır, ayağa qalxacağıma böyük ümid bəsləyirdim. Bu arzum gerçəkləşməsə də, arzularıma başqa bir yolla qovuşduğumu düşünürəm”, – deyə o əlavə edib.

Yaradıcılıq prosesindən danışan yazıçı qeyd edib ki, hekayələri yazarkən əvvəlcə onların adlarını müəyyənləşdirir, sonra obrazları beynində canlandıraraq qələmə alır.

Ülkər Ayçiçəyin sözlərinə görə, kitabda müxtəlif insanların həyat hekayələrinə, vətənpərvərlik, ümid və arzulara qovuşmaq mövzularına toxunulur.

“Oxuculara əsas tövsiyəm özlərini qəbul etmələri və özləri ilə barışmalarıdır. İnsan özünü olduğu kimi qəbul etməyi bacarmalıdır. Mənə elə gəlir ki, insan özü ilə barışdıqda cəmiyyət də onu qəbul edir. Bu fikrə hekayələrimin bir çoxunda da yer vermişəm”, – deyə yazıçı vurğulayıb.

Müxbir - Günel Alıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri