Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycanda yanacaq balansı dəyişib: Səbəbi nədir?

Azərbaycanda yanacaq balansı dəyişib: Səbəbi nədir?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında fərqli istehsal dinamikasını ortaya qoyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45,02 faiz azdır.

Eyni zamanda, dizel yanacağı istehsalında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 18,4 faiz çoxdur. Bəs bu nə ilə əlaqədardır?

“Hər iki yanacaq növü üzrə tələbat sabitdir”

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hazırkı statistik göstəricilər benzinə və ya dizelə tələbatın azalması ilə izah olunmamalıdır. Onun sözlərinə görə, hazırda ölkə daxilində hər iki yanacaq növü üzrə tələbat sabitdir: “Aİ-92” markalı avtomobil benzininə aylıq tələbat 120–130 min ton civarındadır. Səyahət mövsümündə, xüsusilə yay aylarında bu göstərici 150–160 min tona qədər yüksəlir. “Aİ-95” markalı benzinə olan aylıq tələbat isə təxminən 10 min ton səviyyəsində qalır. Dizel yanacağına aylıq tələbat isə 160–180 min ton arasında dəyişir”.

Z. Vəliyevin fikrincə, məhz bu göstəricilər fonunda dizel istehsalının artırılması zəruri hesab olunur. Onun sözlərinə görə, dizeldə istehsal artımı bir neçə əsas faktorla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri dizel yanacağına tələbatı əhəmiyyətli dərəcədə artırıb. Tikinti texnikası, ağır yük maşınları və infrastruktur layihələrində istifadə olunan avadanlıqlar əsasən dizel yanacağı ilə işlədiyi üçün bu sahədə istehlak artımı qaçılmazdır.

“Regionu yanacaqla biz təmin edirik”

Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ixrac və tranzit marşrutlarında baş verən dəyişikliklər də daxili yükdaşımaların həcminə təsir göstərib: “Beynəlxalq daşımaların bir hissəsinin alternativ marşrutlara yönəlməsi ölkə daxilində logistika fəallığını artırıb. Bu isə dizel yanacağına olan tələbatın yüksəlməsinə səbəb olub. Region ölkələrində də həm benzin, həm də dizel yanacağı ilə bağlı təchizat problemləri müşahidə olunur. Rusiyanın emal zavodlarının zərbə altına düşməsi və ixrac imkanlarının məhdudlaşması Qara dəniz regionu, Mərkəzi Asiya və Cənubi Qafqazda yanacaq təminatında çətinliklər yaradıb”.

Müsahibimiz qeyd edib ki, qonşu Türkmənistan və Özbəkistanda mövcud emal gücləri daxili tələbatı tam şəkildə qarşılamaq imkanına malik deyil: “Bu vəziyyət regionda əlavə yanacaq mənbələrinə ehtiyacı artırıb. Məhz bu səbəbdən Azərbaycan bu ilin aprel ayından etibarən Asiya istiqamətində həm dizel yanacağı, həm də benzin ixracını həyata keçirir. Onun sözlərinə görə, daxili tələbat ödənildikdən sonra artıq qalan həcmlər xarici bazarlara yönəldilir. Hazırda ayda 20–25 min ton dizel yanacağı Gürcüstana, 15–20 min ton isə Qara dəniz regionuna ixrac olunur”.

“Dizel daha sərfəlidir”

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli isə məsələyə daha çox istehlak və qiymət amilləri prizmasından yanaşır. Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da benzin nisbətən baha yanacaq növü hesab olunur və bu da alternativ enerji mənbələrinə marağı artırır: “Son illər ekoloji təmiz avtomobillərin sayının artması benzinlə işləyən avtomobillərə marağı müəyyən qədər azaldıb. Bu proses benzinə olan tələbatın azalması kimi qiymətləndirilə bilər”.

E.Qəribli dizel yanacağının artan rolunu isə onun daha qənaətli olması ilə izah edir. Onun sözlərinə görə, dizel yanacağı ilə işləyən avtomobillər və texniki avadanlıqlar yanacaq sərfiyyatına görə daha əlverişli hesab olunur: “Bu səbəbdən həm fərdi istifadəçilər, həm də təsərrüfat subyektləri dizelə üstünlük verirlər. Xüsusilə kənd təsərrüfatında dizel yanacağından geniş istifadə olunması bu sahədə tələbatın yüksək qalmasına təsir göstərir”.

İqtisadçı əlavə edib ki, dizellə işləyən avtomobillər Azərbaycanda hələ də aktiv şəkildə istifadə olunur: “Elektromobillər bazarda mövcud olsa da, onların geniş yayılması üçün infrastruktur və qiymət amilləri hələlik məhdudlaşdırıcı rol oynayır. Bu səbəbdən, əhali və biznes subyektləri ənənəvi yanacaq növlərindən, xüsusilə dizeldən istifadəni davam etdirir”. ("Kaspi" qəzeti)
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:303
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri