Icma.az
close
up
RU
Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı prosedurlar tam elektronlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəsinə əsasən, müvəqqəti olma müddətinin uzadılması barədə müraciət müsbət həll edildikdə, dövlət rüsumu ödənildikdən sonra qəbul edilən qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün sistemə ötürüləcək, eyni zamanda onun təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək.
Sənədə əsasən, müvəqqəti yaşamaq icazəsi ilə bağlı qərarlar da kağız daşıyıcı əvəzinə elektron sənəd formasında tərtib ediləcək və elektron kabinet vasitəsilə təqdim olunacaq.
Bununla yanaşı, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunda texniki xarakterli dəyişiklik edilir. Həmçinin “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə ayrıca dövlət rüsumu normasının çıxarılması nəzərdə tutulur.
Qanun layihəsinin keçid müddəasına əsasən, qanun qüvvəyə minənədək verilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarlar onların qüvvədə olduğu müddətin sonunadək etibarlı sayılacaq.
Bu sənədlər itirildikdə, yararsız hala düşdükdə və ya şəxsi məlumatlarda dəyişiklik olduqda isə elektron qaydada yenidən rəsmiləşdiriləcək, elektron kabinetə yerləşdiriləcək və müraciət edənin elektron poçt ünvanına göndəriləcək. Bu halda dövlət rüsumu tutulmayacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri