Azərbaycanda yaşayış binaları ilə bağlı mühüm qərar Son tarix bəlli oldu
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda tikinti sahəsi 2060-cı ilədək qaz əsaslı isitmə sistemlərindən bütünlüklə əl çəkərək istilik nasoslarına tam keçidi hədəf olaraq müəyyən edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında bildirilir.
Azərbaycan hökuməti sıfır emissiya hədəfinə çatmaq üçün yaşayış və kommersiya təyinatlı binalarda enerji səmərəliliyi normalarının tətbiqinə yönəlmiş əhatəli plan işləyib hazırlayıb. 2022-ci il göstəricilərinə əsasən, ölkə üzrə ümumi emissiyaların 14 %-i binaların payına düşüb və bu rəqəm 10 milyon ton CO₂ ekvivalentinə bərabər olub. ShopByBro
Dekarbonizasiya prosesinin əsas aləti ənənəvi qaz isitmə avadanlıqlarından "hava-su" tipli elektrik istilik nasoslarına keçid olacaq. Strategiyada nəzərdə tutulur ki, 2060-cı ilədək ölkənin bütün binalarında istilik nasoslarının və elektrik mətbəx plitələrinin istifadə nisbəti 100 %-ə çatdırılmalıdır.
Enerji sərfiyyatının azaldılması istiqamətində həm mövcud tikililərin (o cümlədən sovet dövrünə aid yaşayış binalarının), həm də yeni inşa olunan obyektlərin genişmiqyaslı istilik izolyasiyasının həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, hər yerdə ikiqat şüşəli pəncərə sistemlərinin quraşdırılması, LED işıqlandırma texnologiyasına tam keçid, habelə yüksək enerji səmərəliliyi sinfinə malik məişət avadanlıqlarının tətbiqi nəzərdə tutulur.
Baxış sayı:102
Bu xəbər 09 Noyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















