Azərbaycanda yaşayış minimumu artırılır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq.
Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.
Layihəyə əsasən, 2027-ci ildə yaşayış minimumu ölkə üzrə 314 manat olacaq. Beləliklə, ehtiyac meyarı 14 manat, başqa sözlə 4,6 faiz artırılacaq.
Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















