Milli Məclisdə bu verginin ləğvi məsələsi qaldırıldı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, millət vəkili Əli Məsimli Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı belə bir təkliflə çıxış edib.
O bildirib ki, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və mənfəətin 10 faizinin vergiyə cəlb edilməsi fermerlər üçün əlavə maliyyə yükü yarada bilər:
"Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik layihəsinin kənd təsərrüfatına aid olan hissənin əleyhinəyik və kənd təsərrüfatında çalışanların gəlirlərinin bir hissəsinin vergiyə cəlb edilməsinin gözlənilən risklər baxımından xeyrindən çox ziyan gətirəcəyinə əminik. Kənd təsərrüfatı üçün uçot sisteminin təkmilləşdirilməsi kiçik fermerlər üçün əlavə çətinlik yaratmaq yolu ilə yox, mükəmməl bir uçot sisteminin yaradılması üçün stimullaşdırma, dəstəkləmə mexanizmi vasitəsilə həyata keçirilməsi daha vacibdir.
Fermerlərin gəlirlərinin 10%-lik hissəsi üçün vergi ödəməyə başlaması, onun ardınca dövlət orqanlarının kənd təsərrüfatına birbaşa və dolayı yolla müdaxiləsini xeyli dərəcədə artıracaq. Tam azad olma dövründə fermerlər vergi orqanlarının birbaşa hədəfində deyildilər. İndi isə 10%-lik vergi öhdəliyi səbəbindən kəndli təsərrüfatlarında kameral və səyyar vergi yoxlamalarının sayı artacaq. Bu dəyişiklik kənd təsərrüfatına dövlət inzibatçılığının və nəzarətin gücləndirilməsinə yönəlsə də, əslində realda kənd təsərrüfatına müdaxiləni artıra bilər və digər əlavə potensial problemlərə yol aça bilər".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 17 Noyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















