Icma.az
close
up
RU
Azərbaycanda “yastıq altında“ olan 10 milyard dollar Bu pul kimlərin evindədir?

Azərbaycanda “yastıq altında“ olan 10 milyard dollar Bu pul kimlərin evindədir?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasına görə, əhalinin təxminən 10 milyard dolları bank sisteminə daxil olmadan evlərdə saxlanılır. Bu vəsait real iqtisadiyyata cəlb olunmur, kredit və investisiya mənbəyinə çevrilmir. Qeyd olunan məbləğin iqtisadiyyata daxil olması həm bazar, həm də ölkənin maliyyə sabitliyi üçün vacibdir.

Maraqlıdır, Azərbaycanda dövriyyədən kənarda qalan 10 milyard dollar əsasən kimlərin əlindədir? Cəmiyyətdə banklara inamsızlığın əsas səbəbi nədir? 10 milyard dolların bank sistemindən kənarda qalması iqtisadiyyat üçün hansı risklər yaradır?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Publika.az-ın suallarını cavablandırdı. İqtisadçı bildirdi ki, təxminən 10 milyard dollar həcmində vəsaitin konkret olaraq kimin əlində cəmləşməsi ilə bağlı rəsmi uçot aparılmır və statistik məlumatlar açıqlanmır:

“Bu səbəbdən həmin vəsaitlərin dəqiq strukturu, hansı sosial və ya iqtisadi qrupların əlində toplandığı barədə qəti fikir söyləmək çətindir. Bununla belə, mövcud iqtisadi mühit və sosial şərait nəzərə alınmaqla müəyyən fərziyyələr irəli sürmək mümkündür.

Hesab edirəm ki, bu vəsaitlər müxtəlif sosial qruplar arasında bölünüb. Onların mühüm bir hissəsi passiv yığıma üstünlük verən orta və xüsusilə yaşlı nəslin nümayəndələrinin əlindədir. Bu qrup müasir maliyyə alətlərinə daha konservativ yanaşır və müstəqilliyin ilk illərində bank sektorunda baş verən müxtəlif təlatümlərin birbaşa şahidi olub. Həmin təcrübə onlarda ehtiyatlı davranış instiktini gücləndirib və bank sisteminə, ümumilikdə maliyyə alətlərinə olan etimadı zəiflədib. Eyni zamanda, bu qrupun bir hissəsi maliyyə sektorunda baş verən yenilikləri və dövlət təminatlarını yetərincə təhlil etmir, digərləri isə məlumatlı olsalar belə, yenə də maliyyə sisteminə güvənmirlər. Nəticədə vəsaitlərini “gözlərinin önündə”, yəni nağd şəkildə saxlamağa üstünlük verirlər”.

İqtisadçı dövriyyədən kənar vəsaitlərin digər bir hissəsinin spekulyativ davranış göstərən şəxslərin əlində cəmləşdiyini də vurğuladı:

“Xüsusilə 2017-ci ildən sonra manatın mümkün devalvasiyası ilə bağlı gözləntilər fonunda belə bir təbəqə formalaşıb. Onlar manatın dəyərsizləşəcəyi ehtimalını ciddi qəbul edir və bu səbəbdən vəsaitlərini nağd şəkildə xarici valyutaya çevirərək saxlayırlar. Bu qrup eyni zamanda banklarda xarici valyuta əmanətlərinin sığortalanması mexanizmləri və faiz dərəcələri barədə ya az məlumatlıdır, ya da sığortalı valyuta əmanətləri üzrə gəlirliliyin aşağı olmasını nəzərə alaraq banklara müraciət etməyə maraq göstərmir. Risk primi çox aşağı olduğu üçün vəsaiti bank sektoruna yönəltməkdə maraqlı deyillər”.

Onun sözlərinə görə, dövriyyədən kənarda qalan vəsaitlərdə məmurların və biznes subyektlərinin də payı var:

“Qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin rəsmiləşdirilməsi ilə bağlı mövcud risklər bu vəsaitlərin müəyyən hissəsinin nağd formada saxlanılmasına səbəb olur. Müxtəlif hüquqi və institusional risklər nəzərə alındıqda, bu təbəqənin dövriyyədən kənar vəsaitlərdə əhəmiyyətli paya malik olduğunu düşünmək olar.

Bununla yanaşı, biznesmenləri də xüsusi qeyd etmək lazımdır. Məntiq etibarilə biznes subyektləri üçün hər bir vəsaitin dəyər yaratması vacibdir. Lakin təcrübə göstərir ki, həm dünyada, həm də Azərbaycanda sahibkarlar gözlənilməz fors-major risklərə qarşı dövriyyədən kənarda müəyyən həcmdə nağd vəsait saxlayırlar. Müxtəlif iqtisadi və siyasi risklər fonunda bu davranış biznes üçün bir növ təhlükəsizlik yastığı rolunu oynayır.

Digər mühüm amil isə iqtisadiyyatın qeyri-formal sektorunun geniş olmasıdır. Qeyri-formal iqtisadiyyatın həcminin böyük olması vəsaitlərin bir hissəsinin nağd şəkildə saxlanılması və məhz bu məqsədlərlə istifadə olunması üçün bazar konyunkturu yaradır. Bu vəsaitlər faktiki olaraq iqtisadiyyatda dövr edir, lakin rəsmi maliyyə sistemi onları izləyə bilmir. Qeyri-formal iqtisadiyyat məhz bu tip vəsaitlərin ortaya çıxmasını şərtləndirən əsas faktorlardandır”.

Rəşad Həsənov banklara inamsızlığın əsas səbəblərindən birinin də maliyyə savadlılığının aşağı olması olduğunu bildirdi:

“Bank sektoruna etimadın aşağı olması da ayrıca vurğulanmalıdır. Bu, bir tərəfdən keçmiş təcrübələrdən çıxarılan dərslərlə, digər tərəfdən isə maliyyə savadlılığının yetərli olmaması ilə bağlıdır. Məsələn, vətəndaşlarla aparılan müzakirələr zamanı aydın olur ki, onların bir çoxu hələ də sığortalanan əmanətlərin yuxarı həddinin 30 min manat olduğunu düşünür. Halbuki 2016-2020-ci illərdə bu limit tamamilə ləğv edilmiş, 2020-ci ildən etibarən isə 100 min manat səviyyəsində müəyyən olunub. Bundan əlavə, bankların bağlanması və ya lisenziyasının ləğv edilməsi halında əmanətlərin geri qaytarılması prosedurları barədə də geniş maarifləndirmə yoxdur. Bir çox vətəndaş vəsaitlərin illərlə geri qaytarılmayacağını düşünür, halbuki mövcud mexanizmlər bunu nəzərdə tutmur. Bankların kommunikasiya alətlərindən zəif istifadə etməsi də bu yanlış təsəvvürlərin formalaşmasına təsir göstərir.

Vəsaitlərin dövriyyədən kənarda qalması iqtisadiyyat üçün arzuolunan hal deyil. Bütün ölkələrdə maliyyə bazarları üzrə tənzimləyici qurumlar bu vəsaitlərin mümkün qədər izlənə bilən və sistem daxilində olmasına çalışırlar. Dövriyyədən kənarda qalan vəsaitlər kredit resurslarının məhdudlaşmasına, nəticə etibarilə kredit faizlərinin yüksək qalmasına səbəb olur. Əgər bu vəsaitlər maliyyə sektoruna daxil olarsa, likvidlik artar, rəqabət güclənər və bu da faizlərin müəyyən qədər aşağı düşməsinə şərait yarada bilər”.

İqtisadçının fikrincə, bu vəsaitlərin dövriyyədən kənarda qalması ciddi iqtisadi risklər yaradır:

“Maliyyə məhsullarına çıxış imkanlarının genişlənməsi iqtisadi aktivliyin artmasına, əsas kapitala və investisiyalara yönəlmənin güclənməsinə, eyni zamanda istehlakın artmasına səbəb ola bilər ki, bu da son nəticədə məhsul istehsalına müsbət təsir göstərər. Pulların dövriyyədən kənarda qalması isə bu imkanları məhdudlaşdırır və eyni zamanda nəzarət olunmayan vəsaitlərin riskli situasiyalarda birdən-birə müəyyən istiqamətlərə yönəlməsi təhlükəsini yaradır. Məsələn, manatın məzənnəsi ilə bağlı hər hansı risk gözləntisi yarandığı halda bu vəsaitlərin kütləvi şəkildə valyuta alışına yönəlməsi tənzimləyici qurumlar üçün ciddi risklər yarada bilər. Məhz bu baxımdan məzənnə siyasətinin davamlılığının təmin edilməsi istiqamətində dövriyyədən kənar vəsaitlərin yaratdığı risklər xüsusi diqqət tələb edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri