Icma.az
close
up
RU
Azərbaycanda yaxın zamanda zəlzələ gözlənilir? Türkiyəli geoloqla MÜSAHİBƏ

Azərbaycanda yaxın zamanda zəlzələ gözlənilir? Türkiyəli geoloqla MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin Qazi Universitetinin təbii fəlakətlərin idarəolunması üzrə mütəxəssisi, geoloq, dosent Bülent Özmendir. 

Onunla Türkiyədə baş verən və ehtimal olunan zəlzələlər barədə danışdıq. Həmçinin, bunun Azərbaycana təsirinin olub-olmadığı və süni şəkildə güclü zəlzələnin yaradıla biləcəyi iddiaları ətrafında söhbət etdik: 

-Bülent bəy, 23 apreldə İstanbulda 6,2 bal gücündə zəlzələ oldu, daha sonra yüzlərlə afterşok qeydə alındı. Bu zəlzələnin ardınca isə ekspertlər iki fərqli fikirlə çıxış etdilər. Bəziləri İstanbulda yaxın zamanda başqa güclü zəlzələnin olmayacağını, bəziləri isə tezliklə daha güclü zəlzələ gözlənildiyini iddia etdilər. Ona görə sizin də fikrinizi öyrənmək istəyirəm. İstanbulda yenidən güclü zəlzələ gözlənilir?


-23 apreldə İstanbuldakı 6,2 bal gücündə zəlzələdən sonra afterşoklar davam edir. Hətta afterşokların bir neçə həftə və ya ay davam etmə ehtimalı var. Keçmiş zəlzələ təcrübələrinə baxaraq onların da 5,2 bala qədər çata biləcəyini deyə bilərik. Əslində, bu zəlzələ “Böyük İstanbul zəlzələsi” deyildi. Marmara dənizi ilə aparılan bütün çalışmalar 7 baldan böyük zəlzələnin olma ehtimalını bizə göstərir.

7,2 ballıq ehtimal zəlzələnin enerjisinin və gərginliyinin boşalması üçün 6,2 bal gücündəki zəlzələnin 31 dəfə olması lazımdır. Ümumiyyətlə, 23 apreldə İstanbulda meydana gələn zəlzələdə Kumburqaz fay xəttinin təxminən 15 kilometrlik hissəsində qırılma oldu. Üstəlik, Avcılar və Adalar fay xətlərinin də qırılma potensialları var. Lakin elm bizə onların nə zaman qırılacağını dəqiq olaraq söyləmək şansı vermir. 

-Yəni, İstanbulda yaxın zamanda daha güclü zəlzələ gözlənilir?

-Daha böyük zəlzələnin olmayacağını demək doğru deyil. Təəssüf ki, qırılmayan fay xətlərinə görə İstanbulda zəlzələ ehtimalı hələ də davam edir. Lakin bunun nə zaman olacağını bilmirik, amma 7 baldan güclü olacaq. Onun nə zaman olacağı ilə bağlı fikir bildirmək yanıldıcı ola bilər. 

İstanbulda 7 baldan güclü zəlzələnin yaxın zamanda da, illər sonra da meydana gəlməsi mümkündür. Zəlzələ elmi bunun nə qədər yaxınlaşdığını dəqiq olaraq söyləmək şansını vermir. Lakin burada 1766-cı ildə 2 böyük zəlzələ olub. 259 ildir ki, buradakı gərginlik yığılmağa davam edir. Ona görə də 7 baldan böyük zəlzələ yarada biləcək gərginlik var. 

-Bəs yaxın gələcəkdə İstanbuldan başqa Türkiyənin hansı bölgələrində zəlzələ olma ehtimalı yüksəkdir? 

-Təəssüf ki, Türkiyədə 550-yə yaxın zəlzələ yaratma ehtimalı olan böyük fay xətti var. Üstəlik, zəlzələ sürprizləri sevir. Yəni, İstanbulda gözləyərkən, başqa bölgədə zəlzələ ola bilər. Şimali Anadolu fay xəttinin ən şərq hissəsində Yeddisu seqmenti adlanan fay xətti var. Orada uzun zamandır zəlzələ olmaması bir çox araşdırmaçı tərəfindən seysmik boşluq olaraq göstərilir. Çünki qırılma ehtimalı yüksək olan fay xətlərindən biridir. 

Məsələn, Bursa, İzmir, Manisa kimi çox sayda zəlzələ riski yüksək olan bölgələrimiz var. Lakin dəqiq olaraq hansısa bölgədə əvvəl və ya sonra olacağını proqnozlaşdırmaq mümkün deyil. Türkiyənin zəlzələ təhlükəsi ortadadır. Demək olar ki, 5-6 ildən bir 7 baldan güclü zəlzələ ilə sarsılırıq. Yəni, qırılmağı gözləyən çox sayda fay xətti var. 

-Müxtəlif zamanlarda Türkiyədə zəlzələ baş verəndən bir müddət sonra ölkəmizdə də zəlzələ meydana gəlib. Bu səbəbdən də bəziləri iddia edir ki, Türkiyədəki zəlzələ Azərbaycana da təsir edə bilər. Bu iddia nə dərəcədə həqiqətəuyğundur? Türkiyədəki zəlzələlərin Azərbaycana təsir etmə və burada zəlzələ yaratma ehtimalı var? 

-Türkiyədə olan zəlzələrin Azərbaycana təsir etmək imkanı yoxdur. Lakin dünyada 2 önəmli zəlzələ qurşağı var. Bunlardan biri Sakit Okean, digəri isə Alp-Himalay qurşağıdır. Düzdür, Türkiyə və Azərbaycan eyni qurşaq üzərində yerləşir. Lakin Türkiyədə Azərbaycanla müqayisədə daha çox zəlzələ olur. 

Eyni qurşaq üzərində olsaq da, Azərbaycanda başqa fay xətləri zaman-zaman qırılır və zəlzələ meydana gəlir. Ancaq bunların bir-birilə əlaqəsi yoxdur. Məsələn, İstanbulda meydana gələn zəlzələnin Bakıya və ya digər Azərbaycan bölgələrinə təsir etməsi mümkün deyil. Bu iki ölkədə bir-birlərindən olduqca fərqli fay xətlərinə bağlı olaraq zəlzələ yaranır. 

-Ümumiyyətlə, Azərbaycanda yaxın zamanlarda zəlzələ ehtimalı var? 

-Əslində, Azərbaycanın seysmoloji vəziyyətini Türkiyədəki kimi dəqiq bilmirəm. Ancaq zaman-zaman Azərbaycanda meydana gələn zəlzələləri də izləyirik, maraqlanırıq. Zəlzələ elminə əsasən, bir yerdə fay xətti var və o xətt keçmişdə qırılıbsa, gələcək zamanlarda da mütləq qırılacaq. Azərbaycanda da müəyyən zamanlarda zəlzələlər olur. Bu isə o deməkdir ki, Azərbaycanda da zəlzələ ehtimalı var. Lakin bunun Türkiyədəki qədər təhlükəli olmayacağını söyləmək lazımdır. 

-Sizcə, yaxın gələcəkdə hansı ölkədə zəlzələ ola bilər? 

-Bununla bağlı hansısa ölkənin adını çəkmək çox çətindir. Çünki bütün dünyada hər il 7 baldan güclü ən azından 17-18, 8 baldan böyük isə 1 zəlzələ olur. Sakit Okean, digəri isə Alp-Himalay qurşağında yerləşən ölkələrin hamısında zəlzələ riski var. Lakin hansı ölkədə daha əvvəl zəlzələ olacağını demək mümkün deyil. Bu, elmi cəhətdən mümkün deyil. 

-Elm nə üçün zəlzələnin olacağını əvvəlcədən təxmin edə bilmir?

-İstər Türkiyədə, istərsə də dünyadakı elm adamları bu barədə çox araşdırma aparırlar. Lakin yerin dərinliklərində gedən prosesləri tam olaraq bilmirik. Üstəlik, zəlzələ hər yerdə fərqli davranışlar göstərir. Bu səbəblərə görə elm hələ ki, zəlzələni əvvəlcədən biləcək səviyyəyə çata bilməyib. 

Əslində, zəlzələnin nə üçün meydana gəldiyini tapa bilsək, həllini da taparıq. Dediyim kimi, zəlzələlərin öncədən bilinməsi ilə bağlı çox araşdırma aparılır. İndiyə kimi aparılan saysız-hesabsız müşahidələrə rəğmən, zəlzələlərin nə üçün baş verdiyi sübuta yetirilməyib. İnşallah, gələcək də elm buna da çarə tapar. 

-Bəzən televiziya proqramları, film və ya seriallarda süni şəkildə güclü zəlzələlərin yaradıla biləcəyi iddia olunur. Hətta bir ölkənin başqa bir ölkədə zəlzələ yarada biləcəyi belə deyilir. Bu iddialar barədə nə söyləmək istərdiniz?

-Belə bir ehtimal mümkün deyil. Bu qədər böyük miqyasda zəlzələ yaradacaq sistem hələ hazırlanmayıb. Nəzərə almaq lazımdır ki, bir fay xətti qırılanda 15-20 kilometr dərinlikdə, 100-150 kilometr uzunluğunda nəhəng bir blok hərəkət edir. 

Bunu isə süni şəkildə etmək qeyri-mümkündür. Üstəlik, elm süni şəkildə yaradılan zəlzələni dalğalar nəticəsində müəyyən edə bilər. Yəni zəlzələ qeydləri əsasında seysmoloqlar tərəfindən bunu müəyyən etmək olar. Həmçinin, bir ölkə başqa bir ölkədə zəlzələ yarada bilməz. Bütün bu iddialar yalan və uydurmadır. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Türk Söhbəti Bülent Özmen Azərbaycan Türkiyə Müsahibə Röportaj zəlzələ deprem

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri