Icma.az
close
up
RU
Azərbaycanda yenə qohum evliliyi baş tutub Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub Qanuna ƏMƏL ETMİRLƏR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb.
Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub.
Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Rəsmi müraciətlər qəbul olunmur"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib.
Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib:
"Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur".
İctimai fəal insanların köməyinə ehtiyac var
K.Əliyevanın fikrincə, belə halların qarşısının alınması ilə bağlı maarifləndirmə qaydası təsdiq edilib.
Sənədin icrası 14 dövlət qurumuna və bütün yerli icra hakimiyyəti orqanlarına tapşırılıb:
"Qaydanın icrası istiqamətində aidiyyəti qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, araşdırmalar aparılır".
Amma buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur:
"İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında öz töhfəsini verəcək".
Maraqlıdır ki, Ədliyyə Nazirliyi qadağaların qüvvəyə mindiyi tarixdən etibarən evlilik üçün müraciət edən qohumlarla bağlı statistika aparmır. Bu barədə nazirlikdən sorğumuza cavab olaraq bildirildi.
"Məsuliyyət nəzərdə tutulur"
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova düşünür ki, bu mövzu gündəmdə olan məsələlərdən biridir:
"Qanuna zidd hərəkətlər baş verərsə, kimliyindən asılı olmayaraq məsuliyyət nəzərdə tutulur. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən qəbul edilən qərarlara hörmət və məsuliyyətlə yanaşmalıdır. Əgər vəzifədə olan bir şəxs belə halların baş verməsindən xəbərdar olub və bunun qarşısını almaq üçün heç bir addım atmayıbsa, bu, daha ciddi məsələdir.
Belə vəziyyətlərdə ən azı müvafiq dövlət qurumlarının müdaxiləsi ilə həmin şəxslərlə söhbətlər aparılmalı və evliliyin baş tutmaması üçün tədbirlər görülməli idi. Əgər bu edilməyibsə, belə hallara görə məsuliyyətin daha ciddi olması vacibdir".
N.İsmayılovanın sözlərinə görə, ortada fakt varsa və həqiqətən də yaxın qohumların evlənməsi planlaşdırılırsa, dövlət qurumlarının müdaxiləsi zəruridir:
"Qanunla qoyulan qadağanın cəmiyyətdə müəyyən təsiri hiss olunur. Bununla belə, insanların bu qadağanı nə dərəcədə qəbul etməsi artıq müəyyən mənada cəmiyyətin öz məsuliyyəti ilə bağlıdır. Burada məsuliyyət yalnız cütlüklərin üzərinə düşmür. Valideynlər, qohumlar, hətta qonşular öz mövqelərini bildirməlidirlər.
Çünki belə qərarların icrası bütövlükdə cəmiyyətin iştirakı ilə mümkündür. Bəzi bölgələrdə qohum evliliklərinin davam etməsi isə ilk növbədə cütlüklərin özlərinə zərər verir. Bu, həm sağlamlıq riskləri, həm də gələcəkdə sosial baxımdan müəyyən problemlərlə üzləşmək ehtimalı yaradır. Ona görə də cəmiyyət olaraq bu məsuliyyəti hamımız bölüşməliyik".
"Cəmiyyət də aktiv iştirak etməlidir"
QHT sədrinin fikrincə, bu məsələdə yerli özünüidarəetmə orqanları, xüsusilə bələdiyyələr mühüm rol oynayır.
Bələdiyyələrdə gender komissiyaları fəaliyyət göstərir və onlar ailə münasibətləri ilə bağlı məsələlərdə qanunların düzgün icrasına töhfə verməlidirlər:
"Onların vəzifəsi belə hallarda prosesin iştirakçısına çevrilmək deyil, qanunun düzgün icrasını təmin etməkdir".
Qeyd edək ki, Azərbaycanda qohum evliliyinə görə ayrıca cəza maddəsi yoxdur. Əsas məhdudiyyət nikahın qeydiyyata alınmamasıdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri