“Öhdəlik götürdükləri məsələlərə əməl etmirlər” Pezeşkian
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“ABŞ və İran arasında etimadsızlıq mühiti hökm sürür”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “CBS News”un “Face the Nation with Margaret Brennan” proqramına müsahibəsində deyib.
Pezeşkian Trampla üz-üzə görüşməyin onun üçün çətin olacağını bildirib:
“Onlar bizə hər gün tətbiq etdikləri təzyiqlərə son qoymadıqca, onlara etibar etmək çətindir. Onlar hər gün bizə qarşı sanksiyaları artırır, bizi təhdid edir və bizə zərbələr endirirlər. Üstəlik, yazılı şəkildə öhdəlik götürdükləri məsələlərə əməl etmirlər. Belə olan halda, danışıqlara başlasalar belə, həqiqətən də verdikləri vədləri yerinə yetirəcəklərmi?”
İran Prezidenti həmçinin bildirib ki, tərəflər arasında danışıqların başlaması üçün əvvəlcə ABŞ-nin hansı məsələlər üzrə razılığa gəlmək istədiyi aydın olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















