Azərbaycanda yeni ixtisas yaradıldı
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov deyir ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisasının bakalavriat səviyyəsində rəsmi şəkildə təsnifata daxil edilməsi təsadüfi qərar deyil. Onun sözlərinə görə, son illərdə ölkədə tikinti və şəhərsalma sahələrinin inkişafı və daşınmaz əmlak bazarının genişlənməsi bu istiqamətdə peşəkar mütəxəssislərə olan tələbatı artırır.
Deputatın sözlərinə görə, “Daşınmaz əmlakın idarə olunması” ixtisasının əsasən memarlıq, mühəndislik və iqtisadiyyat profilli ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir.
İxtisasın mahiyyəti düzgün izah olunduqca və onun beynəlxalq perspektivləri göstərildikcə, marağın sürətlə artacağı gözlənilir.(banker)
Baxış sayı:128
Bu xəbər 13 İyun 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















