Icma.az
close
up
RU
Azərbaycanda yumurta qıtlığı var? AÇIQLAMA

Azərbaycanda yumurta qıtlığı var? AÇIQLAMA

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər bəzi mənbələrdə Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır.

Bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır.

“Cebheinfo.az” xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimaiyyətlə əlaqələr və analitika departamentinin məlumatında bildirilir.

“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bildiririk ki, hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir.

Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib.

Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb.

Qeyd edirik ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır.

Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi.

Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb. İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var. 

APEPEA olaraq bəyan edirik ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir”, - məlumatda deyilir.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see300

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see276

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see272

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see265

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see259

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see249

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see242

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see233

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see229

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see225

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see223

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see213

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see209

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see201

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see194

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see190

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see184

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri